Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Xarici agent” qanunu Gürcüstanı silkələyir -Prezident veto qoya bilərPrezident veto qoya bilər

Gürcüstanın siyasi gündəmi “Xarici agent” qanununun parlamentdə müzakirəyə çıxarılması səbəbilə silkələnməyə başlayıb.

Yenixeber.org: Artıq qonşu ölkənin parlamentində anti-Qərb mövqeyi ilə seçilən “Xalqın gücü” hərəkatının müzakirəyə çıxardığı sözügedən qanun deputatlar arasında qarşıdurmaya səbəb olub.

Eyni gərginlik bütünlükdə Gürcüstan siyasi mühitində hökm sürməkdədir və bunun küçə nümayişlərinə, ciddi etirazlara səbəb olacağı gözlənilir. Məsələ ondadır ki, qanun layihəsinin əleyhdarları onun Rusiyadakı analoji qanunla eyni mahiyyət daşıdığını və söz azadlığının, demokratiyanın, müstəqil QHT-lərin boğulmasına yönəldiyini bildirirlər.

Çünki bu qanun siyasi, demokratik, vətəndaş cəmiyyəti təsisatlarının xaricdən qrant almasını, maliyyələşməsini məhdudlaşdırır və belə qurumları, şəxsləri “xarici agent” elan edir.

Artıq Gürcüstan Prezidenti Salome Zurabişvilinin qanun parlamentdən keçəcəyi təqdirdə belə, ona veto qoyacağı gözlənilir. Əksər müşahidəçilər bu qanunu hökumətin rusiyapərəstliyinin göstəricisi və Gürcüstanı avropadan uzaqlaşdırmaq, diktatura mahiyyətli hakimiyyət bərqərar etmək cəhdi kimi dəyərləndirirlər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam