Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

ABŞ Ukraynanı tam asılı vəziyyətə salıb -Karden

 

“Xüsusi hərbi əməliyyatın başlanmasının ildönümü günü belə qənaətə gəlmək olar ki, ABŞ-dan təxminən 100 milyard dollar alan Ukrayna, onun əsas benefisiarına çevrilib. Ölkə 1991-ci ildə müstəqillik qazandıqdan 2014-cü ildəki Maydana qədər kleptokratik elita tərəfindən idarə olundu. Buraya sovet dövrünün oliqarxa çevrilmiş dərin güzəştə getmiş siyasətçiləri və funksionerləri daxil idi”.

Yenixeber.org: Bunu ABŞ Dövlət Departamentinin ABŞ-Rusiya məsələləri üzrə keçmiş müşaviri Ceyms Karden “The American Conservative” üçün yazdığı məqalədə qeyd edib.

O, Kiyevi 30 il ərzində monoetnik dövlət siyasəti yeritməkdə ittiham edib və bunun da fəlakətli nəticələrə səbəb olduğunu bildirib:

"Sülh danışıqlarından dəfələrlə imtina edən Ukraynanın hakim elitası başa düşməlidir ki, Ukrayna indi uğursuz dövlətdir: 12 milyondan çox vətəndaşı qaçıb, iqtisadiyyatının isə ən azı üçdə biri iflasa uğrayıb”.

ABŞ prezidenti Co Bayden Kiyevə səfəri zamanı bildirib ki, Vaşinqton Ukrayna üçün azadlıq istəyir. Kardinin fikrincə, “azadlığın” bu versiyası yalnız NATO-ya daxil olduqdan sonra ABŞ və Almaniyadan daha böyük asılılıq demək ola bilər. Onun sözlərinı görə, respublikanın hakim elitası buna çox ümid bəsləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam