Finlandiya İsveçi yarı yolda qoyur? -Mühüm NATO mesajı
Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Ulf Kristersson və Norveçin baş naziri Jonas Qahr Store İsveçdə birgə mətbuat konfransı keçirib.
Yenixeber.org: Mətbuat konfransının əsas gündəmi İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi olub.
Niinistö NATO-ya İsveçsiz üzvlük siqnalını verib. O, fevralın 28-də Finlandiya parlamentində NATO-ya üzvlük prosesi ilə bağlı səsvermə keçiriləcəyini bildirib: "Bu qərarı parlament verəcək. Macarıstan və Türkiyə təsdiq edərsə, NATO-ya üzv olacağıq".
O vurğulayıb ki, təsdiq Türkiyənin öz əlindədir: "Bu proseslə bağlı heç nə edə bilmərik".
İsveç baş naziri Ulf Kristersson isə NATO xaricində Finlandiya ilə çox yaxın hərbi əməkdaşlıq etdiklərini və bu səbəbdən NATO-ya üzvlük prosesində yan-yana olduqlarını bildirib.