Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Dünyada nüfuzunu itirən Fransa və xam xəyallarla yaşayan Emmanuel Makron -RƏY

 

“Fransa beynəlxalq aləmdəki imkanlarını getdikcə itirir”.

Yenixeber.org: Bunu politoloq Samir Hümbətov deyib.

O bildirib ki, Fransanın dünyanın müxtəlif bölgələrindəki təsir imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib: “Həmçinin daxildəki narazılıqlar, iqtisadi problemlər də bu dövləti zəiflədir. Türkiyənin, Çinin Afrika ölkələrindəki artan nüfuzu rəsmi Parisin həmin ərazilərdən çəkilməsinə səbəb olur. Ona görə də Fransa itirilmiş təsir imkanlarını Qafqazdakı manevrləri ilə kompensasiya etməyə çalışır. Fransa yeni dünya nizamında mühüm rol oynaya bilməz. Çünki beynəlxalq aləmə verə biləcəyi töhfə yoxdur”.

Analitikin sözlərinə görə, Prezident Emmanuel Makron hakimiyyətə gələndən sonra Paris beynəlxalq aləmdə vahid siyasi xətt yürüdə bilmir və tez-tez mövqeyini dəyişir: “Emmanuel Makron Ukraynada müharibə başlamamışdan əvvəl NATO-nun “beyin ölümü” keçirdiyi bildirmişdi. Sonra isə o, hələ də Alyansa ehtiyac olduğunu söylədi. Görünür, Fransa ABŞ-ın orbitindən çıxa bilmir. Belə bir dövlətin dünya nizamına hansısa töhfə verə biləcəyini gözləmək əbəsdir”.

Ekspert, həmçinin bildirib ki, Fransa Cənubi Qafqazla bağlı sülh bəyanatlarında səmimi deyil: “Çünki üçüncü dövlətlər, o cümlədən rəsmi Paris məhz gərginlik vasitəsilə regionda mövcud ola bilər. Makronun Cənubi Qafqazda sülhdə maraqlı olduğunu dediyi halda, Ermənistan baş naziri Nikol Paşinyan barəsində “dostum” sözünü işlətməsi, ümumiyyətlə, onun əməli ilə sözünün üst-üstə düşməməsi dünyada Fransa liderinə qarşı ikrah yaradır. Əslində Makron heç özü də dediyinə inanmır”.

 

S.Hümbətovun fikrincə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi 27 il bölgədə mövcud olub, amma sonra fiaskoya uğrayıb: “Fransa Ermənistan vasitəsilə regiona girməyə çalışır. Paris Cənubi Qafqaza girməklə həm də Azərbaycan və Türkiyəyə təsir etmək niyyətindədir. Lakin bu cəhdlər əbəsdir. Çünki Paris beynəlxalq aləmdəki nüfuzunu itirib. Düşünürəm ki, hətta Fransanın gələcəkdə BMT Təhlükəsizlik Şurasındakıkı mövcudluğu da sual altına düşəcək”.

Qeyd edək ki, E.Makron fevralın 17-də 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Fransa dünyada” adlı tədbirdə çıxış edib. O deyib: “Rusiyanın Ukraynada fəlakətli təcavüzkar müharibəyə başlamasından təxminən bir il keçdi. Nəticələrin vaxtı hələ gəlməsə də, düşünürəm ki, hər halda biz irəliyə baxmalıyıq, bəlkə də müəyyən mənada bunu nəzərə almalıyıq. Təbii ki, mən bugünkü müzakirələrimdə Rusiyanın Ukraynanı işğal etdiyi müharibəyə diqqət yetirmək istərdim. Ancaq eyni zamanda, unutmaq olmaz ki, Yaxın Şərqdə, Qafqaz regionlarında gedən başqa müharibələr də var”.

O daha sonra Cənubi Qafqazla bağlı məsələyə toxunub: “Mən burada açıq şəkildə demək istəyirəm ki, bizim hamımızın borcu Rusiyanın bu gün təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə (və digər) balanssızlıq və nizamsızlıq qüvvəsi olduğunu izah etmək işini davam etdirməkdir.

Qafqazın problemlərini mənim təsvir etdiyim neokolonial Rusiyanın həll edəcəyinə kim necə inansın? Mən dostum baş nazir Paşinyanın qarşısında deyirəm, onun yanında dayanmağa davam edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam