Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

PAŞİNYAN ƏLİYEVLƏ ÜZ-ÜZƏ GƏLMƏKDƏN QAÇDI –Ermənistan rəsmisindən açıqlama

Yenixeber.org: Bu barədə Paşinyanın ofisinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan yerli mətbuata açıqlamasında bildirib.

“Bu gün və ya sabah liderlərinin görüşünün keçiriləcəyi haqda məndə məlumat yoxdur” – deyə, Armen Xaçatryan deyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 18-də Münhen Konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində iştirak etməyəcək. Bununla bağlı Münhen Təhlükəsizlik Konfransının rəsmi saytındakı məlumatdan məlum olur.

Həmin paneldə iştirak edəcək şəxslərin siyahısında Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan baş naziri İrakli Qaribaşvilinin və ATƏT-in baş katibi Helqa Maria Şmidin adları var. Panelin moderatoru isə Münhen Təhlükəsizlik Konfransının sədri Kristofer Hausgendir.

Qeyd edək ki, Prezident İlham Əliyev, həm də Baş nazir həm Nikol Paşinyan, fevralın 17-19-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada işgüzar səfərdədirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam