Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Ermənistanda rusofobiyanın növbəti dalğası:Lavrova sərt cavab verildi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ müharibəsi ilə bağlı açıqlamaları Ermənistanda böyük rezonans doğurub.

Yenixeber.org:  Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bir neçə gün əvvəl "Rossiya 24" telekanalına müsahibəsində Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal altında saxladığını vurğulayıb.

"Rusiya əraziləri saxlamaq istəyən Ermənistanın əvvəlki rəhbərliyinin o qədər də yaxşı dərk etmədiyi çoxsaylı variantları təklif etdi. Azərbaycan ona məxsus olan torpaqları qaytardı", - Lavrov bildirib.

Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş müşavirinin köməkçisi Vladimir Poqosyan Lavrovun bu bəyanatına kəskin reaksiya verib, sözün əsl mənasında ona sərt cavab verib.

"Cənab Lavrov, sizə bir şeyi demək istəyirəm: lütfən, unutmayın ki, sizdən əvvəl də Kremldə az-çox ruslar olanda və çətin dövrümüzdə silah-sursatımız tükəndiyi vaxtlarda, gördükdə ki, bizim üçün çətindir, Rusiya Federasiyası bizə döyüş sursatı, silah-sursat vermədimi? Onda deyin ki, "biz də işğalçıyıq, biz də o yeddi rayonun alınmasına kömək etmişik, amma əsgərlə yox, silahla". Siz kömək etdiniz. İfadələrdə daha diqqətlisiniz. Xarici İşlər Nazirinin bizə sataşmasına ehtiyac yoxdur", - Poqosyan qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam