Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

"Türkiyə Yunanıstanın bunu etməsinə imkan verməyəcək" -Akar

"Türkiyə Yunanıstanın bunu etməsinə imkan verməyəcək" -    Akar
"Türkiyə qonşusu və NATO müttəfiqi Yunanıstana Egey dənizindəki mövcud ərazi sularının sərhədlərini genişləndirməyə imkan verməyəcək".
Yenixeber.org:  Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşündə deyib.
Yunanıstanın Krit adasının yaxınlığında dəniz sərhədlərini dəyişdirmək planları ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Akar "Biz ərazi sularının indiki 6 mildən 12 milə qədər genişlənməsinə icazə verməyəcəyik",-deyib.
Akar Yunanıstanın Ankaranın “neo-osmançı, revizionist və ekspansionist siyasət yürütməsi” ilə bağlı ittihamlarını rədd edərək, ölkəsinin Afina ilə problemlərin dialoq yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb.
"Türkiyə Yunanıstan da daxil olmaqla heç kimi təhdid etməyib və təhdid etmir. Güclü, etibarlı NATO müttəfiqidir və bunu hamının bilməsini istəyirik", - nazir bildirib.
Türkiyə Müdafiə Nazirliyinin rəhbəri dəfələrlə Yunanıstana Ankaraya qarşı apardığı gərginlik siyasətinin nəticələri və Egey dənizində mövcud status-kvonun pozulması ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, iki dövlət arasında münasibətlərdə gərginliyin növbəti mərhələsi ötən ilin sentyabrında Yunanıstanın Midilli (Lesbos) və Sisam (Samos) adalarına zirehli texnikanın ötürülməsi xəbərləri yayılanda yaranıb. Bununla bağlı Ankara bəyan edib ki, Afina beynəlxalq müqavilələri, xüsusilə Lozanna (1923) və Paris (1947) müqavilələrini pozaraq orada hərbi texnika yerləşdirir.
Türkiyə və Yunanıstan mübahisəli adaların statusu, ərazi sularının sərhədləri və Egey dənizindəki hava məkanına görə artıq silahlı qarşıdurma astanasındadır. Yunanıstanın ərazi suları orada 6 dəniz mili qədər uzanır, lakin ölkə bunu beynəlxalq səviyyədə tanınmış standart olan 12 dəniz milinə qədər uzatmaq hüququna malik olduğunu deyir.
Öz növbəsində Ankara Afinaya xəbərdarlıq edib ki, Yunanıstanın öz ərazi sularını belə genişləndirməsi müharibə elan etmək üçün əsas olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam