Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İranda etirazçılar telekomunikasiya qülləsinə od vurub, polkovniki öldürüb -İCMAL

 

İranda etiraz aksiyaları davam edir.

Yenixeber.org: Aksiyalar ölkənin digər ərazilərində olduğu kimi Buşehr, Şiraz, Mahabad və bir sıra şəhərlərində də davam edir. Mərkəz əyalətinin Ərak şəhərində molla rejiminə qarşı etirazçılar telekomunikasiya qülləsinə od vurub. Etirazlarda “Şücaətinizi artırın!”, “Dostlarımızın qanına and içirik ki, sona qədər mübarizə aparacağıq!", “Diktatora ölüm!”, “Azadlıq!” və digər şüarlar səsləndirilir. Qeyd edək ki, Qazaxıstanın Almaatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatında İranın bu yarışlardakı yeganə şahmatçısı Sara Xadimüşşərifə hicabsız çıxış edib.

Tehranın Vəli-Əsr küçəsində etirazçılar hökumət banerinin üzərinə inqilabçı şüarlar yazılmış plakat asıblar. Plakatda "Şücaətinizi artırın! Dostlarımızın qanına and içirik ki, sona qədər mübarizə aparacağıq!" yazılıb. Ərazidə etirazçılar divarlara hökumətə qarşı "Xameneiyə ölüm!" şüarı yazmaqda davam ediblər.

Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində hökumət qüvvələrinin öldürdüyü şəxslərin 40 mərasimindən sonra onların yaxınları hökumətə qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları "Xameneiyə ölüm!”, “Diktatora ölüm!" şüarları səsləndiriblər.

Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində azərbaycanlı xanım idmançı Məlihə Bəniəsədi həbs edib. Təbrizdə Urmiya şəhərindən olan milli fəal Səid Mahmudi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb. Şəhərdə Cəmaran mənzil kooperativ şirkətinin üzvləri də etiraz aksiyası keçirib.

Buşehr əyalətinin Buşehr şəhərində molla rejiminə qarşı etirazçılar bələdiyyə binasına uzaq məsafədən Molotov kokteylləri atıb.

Fars əyalətinin Şiraz şəhərində etirazçıların öldürülməsində böyük rolu olan polis polkovniki Fəzlullah Mənsuri öldürülüb.

 

İsfahan əyalətində əlil vətəndaş Ava Cahangiri telefonla təhlükəsizlik orqanlarından birinə çağırılıb. O, ümumxalq etirazları zamanı hicabını çıxarıb, əlil arabasında küçədə digər vətəndaşlara gül verib.

Sistan-Bəlucistan əyalətinin Bəlucistan əyalətində naməlum şəxslər polis baş leytenantı Məhəmməd Zur adlı zabiti öldürüblər.

İran İnsan Haqları Təşkilatı dekabrın 27-də açıqladığı hesabatda edam cəzası gözlənilən 100 məhbusu müəyyən edib və onlardan 5-i qadın olmaqla ən azı 11 nəfərin ölüm cəzasına məhkum edildiyini bildirib.

İran Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyinin məlumatına görə, ölkədə İranda davam edən etiraz nümayişlərində hökumət 69-u uşaq olmaqla 507 nəfəri qətlə yetirib. 18 533 nəfər saxlanılıb. Onlardan 4 108 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunanlardan 665-i tələbədir. Bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin tələbələri etirazları dəstəkləyiblər. İranın daxilində və xaricində 270-dən çox siyasi və ictimai fəal siyasi məhbusların azad edilməsini tələb edən bəyanat yayıb. Bəyanatda İran hökuməti tərəfindən etirazçılara qarşı geniş repressiya, həbs və edamlar həyata keçirilməsi tənqid edilib və siyasi məhbusların azad edilməsi tələb olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam