Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Arutyunyan Xankəndinə hansı yolla gedib? –Keçmiş kəşfiyyat komandiri açıqladı

Yenixeber.org: Diqqətçəkən məqamlardan biri budur ki, iki həftə ərzində separatçıların rəhbərləri İrəvana, eləcə də Ermənistandan Xankəndiyə rahat gedib-gəlirlər. Dünən Xankəndində keçirilən aksiyada separatçıların "rəhbəri" Araik Arutyunyanın da iştirak etməsi bu faktı təsdiq edir.

Xatıraldaq ki, separatçı-cinayətkar rəhbər Fransaya səfərindən sonra İrəvanda qalmışdı və onun Laçın yolu bağlandığına görə Xankəndinə gedə bilmədiyi yazılırdı. Maraqlıdır, onlar Qarabağa hansı yolla gəlib-gedə bilirlər?

Birinci Qarabağ müharibəsi iştirakçısı, 1992-ci ilin mayında Şuşanın işğalı zamanı kəşfiyyat tağımının komandiri olmuş, ehtiyatda olan polkovnik Azay Kərimovla özünün “Facebook" səhifəsində bu məsələyə aydınlıq gətirib.

O qeyd edib ki, Xankəndinin arxa tərəfindən Kərcicahan kəndinə çıxan avtomobil yolu 1 kilometrdən sonra Xəlifəliyə, oradan Şirlan kəndinə gəlir: "Şirlan kəndindən çıxan yol iki hissəyə ayrılır: sağ yol Laçının Arduşlu və Minkənd kəndlərinə, sol yol isə Fingə kəndinə, 500 metrdən sonra Xankəndi-Laçın yoluna - şüşə kimi asfalta çıxır. Yəni, bu yol Turşsu kəndinin alt hissəsinə, hazırda azərbaycanlı fəalların etiraz aksiyası keçirdiyi yerdən 60 km. arxa istiqamətə çıxır. Həmin yolla isə heç bir maneə olmadan İrəvana getmək mümkündür. Adlarını çəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və hazırda orada heç kəs yaşamır”.

Onun fikrincə, Qarabağ separatçılarının “rəhbəri” Arayik Arutyunyan və başqaları Xankəndiyə bu yolla gedib-gələ bilərlər.

Onun sözlərinə görə, Azərbaycanlı ekofəalların dayandığı yerdən Xankəndiyə təxminən 15 km-dir.

“Sözgüdən yol işlək vəziyyətdədir, TIR və digər uzun maşınlar hərəkət edə bilməsə də, URAL, ZİL maşınları ücün tam uyğundur. UAZ, Jeep, NİVA kimi minik maşınları isə bu yolla yüksək surətlə hərəkət edə bilirlə" - deyə, həmin ərazilərə yaxşı bələd olan keçmiş kəşfiyyat komandiri qeyd edib.

Qeyd edək ki, Arutyunyan Xankəndinə Qırmızı Xaç Cəmiyyətinə və ya sülhməramlılara məxsus təminat avtomobillərində keçməsi də istisna deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam