Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

RUSİYANIN TAQƏTDƏN SALINMASI –Vaşinqton Moskvanın sürətli məğlubiyyətini niyə istəmir?

Yenixeber.org: Rusiyanın Ukraynada apardığı müharibə artıq on aydır davam edir. Bu zaman ərzində müharibə öz trayektoriyasını döyüş meydanından, iqtisadi sferadan, humanitar problemlərdən və diplomatik çəkişmələrdən tutmuş nüvə təhdidinə kimi dəyişərək, müxtəlif hallara düşüb. Amma beynəlxalq ekspertlər tərəfindən dilə gətirilməsə də, əslində Ukraynadakı müharibəni ABŞ demək olar ki, öz nəzarətində saxlayır və onu istədiyi məcraya yönəldir. Bunu Ukraynanın bəzi siyasi icmalçıları da anlayırlar və Qərbin Ukraynaya lazım olan silahları verməkdən imtina etməsinin səbəblərini onların geostrateji maraqları ilə əlaqələndirirlər. Yəni, bu, o deməkdir ki, açıq görünməsə də, müharibə Ukraynanın və ya Rusiyanın istədiyi ssenari üzrə yox, ABŞ-ın görmək istədiyi vəziyyətə uyğun davam etdirilir.

Əlbəttə, deyilə bilər ki, bəs, ABŞ Rusiya ilə birbaşa qarşıdurmaya getməmək üçün ehtiyatlı davaranır və bütün detalları hesablayaraq hər şeyi öz vaxtında görməyə çalışır. Deməli, dolayı yolla izah olunur ki, zamanı gələndə Ukrayna ehtiyac duyduğu ən qabaqcıl silahlarla təmin ediləcək. Ancaq hələlik bunun vaxtı deyil və həm də ki, Rusiya ordusu qarşısına qoyduğu strateji məqsədlərə nail ola bilməyib, üstəlik, döyüş meydanında itkilər verir.

Yada salaq ki, müharibənin ilk günlərində Ukraynaya daşına bilən və çox yaxın məsafədəki hava hədəflərini vura biləcək “Stinger” raketlərinin verilməsi məsələsi üzərində necə diskussiya gedirdi. Hətta tank əleyhinə “Javelin” və “NLAW” qumbaraatanlarının verilməsi ətrafında da səs-küy qalxmışdı. Digər yandan, Ukraynaya sovet istehsalı olan və Şərqi Avropa ölkələrinin arsenalında yer alan “T-72” tanklarının,”S-300” Zenit Raket Komplekslərinin və “Miq-29” qırıcı təyyarələrinin göndərilməsi də qızğın müzakirə olunurdu. Sonradan 80 kilometr uzaqlıdakı hədəfləri vura bilən “HIMARS” Reaktiv Yaylım Atəş sisteminin Ukrayna Silahlı Qüvvələrinə verilib-verilməməsi mübahisə predmetniə çevrildi. Bunların hamısı onlara verildi. İndi isə 300-500 kilometr uzaqlıqdakı hədəfləri məhv edə biləcək “HIMARS-MGM-140 ATACMS”-ın Ukraynaya tədarük edilməyəcəyindən danışırlar.

Bildiyimiz kimi, Rusiya ixtiyarında olan bütün raket arsenalını Ukrayna şəhərlərinin enerji infrastrukturunun dağıdılmasına yönəldib. Lakin Kiyevin çoxsaylı müraciətlərindən sonra onlara istənilən qədər olmasa da, müəyyən sayda “NASAMS” və “IRIS-T” Hava Hücumundan Müdafiə raketləri yolladılar. Hazırda Ukraynaya ABŞ-ın ən müasir və effektli Hava Hücumundan Müdafiə sistemi olan “Patriot” raketlərinin veriləcəyi bildirilir. Ancaq bu, hələlik azsaylı batareyalardan ibarət olacaq.

Müharibə heç bir il deyil ki, gedir və ABŞ bu müddət ərzində Ukraynaya tədricən daha ağır və daha güclü silahlar yollayır. Bu meyl irəlidə də davam etdiriləcək və sonrakı mərhələlərdə “M1 Abrams” tankaları, ”Bredley Fighting Vehicle”(Döyüş maşını), ”HIMARS-MGM-140 ATACMS” və hətta “F-16” təyyarələri də veriləcək. Amma əsas həlledici məqam həmin texnikaların yollanılması ilə deyil, onların kəmiyyəti ilə bağlı olacaq.

Amerikada Rusiyanın hərbi gücünün hansı səviyyədə olmasından yaxşı xəbərdardırlar. Ona görə də, əgər Ukraynanın istədiyi silahları tezliklə göndərsələr Rusiya ordusu strateji məğlubiyyətlə üzləşəcək. Deməli, hələ ki, ABŞ-a bu lazım deyil. Göründüyü kimi, hər şey tələsmədən və tədricən edilir, lazımi məqamı gözləyirlər. Əvvəlcə Kiyevin istədiyi silahların göndərilməsini Rusiyanın hansısa “qırmızı xətti” adlandırırlar, bir müddət keçəndən sonra isə Ukraynanın tələb etdiklərini hissə-hissə yerinə yetirirlər. Müharibənin gedişindən belə nəticə çıxarmaq olar ki, ABŞ sanki Ukraynanın sürətlə qələbə qazanmasını istəmir, o da var ki, onun ağır məğlubiyyətinə də hələlik imkan vermək niyyətində deyil. Bu, geosiyasətdir və burada birinci yerdə maraqlar dayanır.

Rusiyanın yeganə üstün tərəfi Ukrayna şəhərlərini raket atəşinə və dron zərbələrinə məruz qoymasıdır. Rusiyanın insan resursu, iqtisadi imkanları və hərbi potensialı Ukrayna ilə müqayisədə xeyli çoxdur və bu da ona uzunmüddətli müharibə aparmasına imkan yaradır. Digər yandan, Rusiya əhalisinin müharibəyə qarşı qəti etiraz edə biləcəyi məqam artıq geridə qalıb və xalq öz şüurunun əsirinə çevrilib. Uzun illər ərzində təbliğat vasitələrinin köməyi ilə rusların beyninə yerləşdirilmiş çürük və zəhərli ideyalar indi onlardan qurban tələb edir. Kreml bundan sonrakı dövrlərdə itkilərin artmasının əhali tərəfindən sakit qarşılanması üçün onları müharibə şərtləri ilə yaşamağa uyğunlaşdırmağa çalışacaq. Hələ ki, repressiv metodlar daxil olmaqla müxtəlif varinatlardan istifadə etməklə buna nail olurlar və çox ciddi etiraz səsləri eşidilmir. Ancaq vəziyyət yavaş-yavaş kritikləşməyə doğru gedir.

Rusiya nə dərəcədə zəifləyib?

Müharibə hər iki tərəfi yorub əldən salır. Hazırda görünən odur ki, müharibədə düşmənin taqətdən salınması fazasına keçilir. Rusiya hələ ki, tam taqətdən düşmüş vəziyyətdə deyil, onun ikinci dalğa səfərbərlik etmək potensialı var, amma yeni çağırılanların təchizat məsələsini həll etmək asan olmadığından Rusiya buna risk etmir. Döyüş meydanına nəzəri baxımdan 500 mindən artıq yeni canlı qüvvə yığıb hücuma başlamaq mümkündür, amma praktikada bunu həyata keçirmək müşküldür, çünki Rusiya uzunmüddətli qanlı döyüşlərə yox, blitskriqə hazırlaşmışdı. Ona görə də Vladimir Putin taktikanı dəyişib və mövcud şəraitlə barışmaq məcburiyyətində qalıb. Ukrayna üçün ən çətini bu məşəqqətli qışı keçirməkdir. 

Henri Kissincer nədən narahatdır?

ABŞ-ın keçmiş dövlət katibi və tanınmış diplomatı Henri Kissincer Rusiya-Ukrayna müharibəsi ilə bağlı yazdığı son məqaləsində yeni dünya müharibəsinə imkan verilməməsindən söhbət salıb. Tərəfləri bir-birinə güzəştə getməyə çağıran Kissincer indiki vəziyyəti Birinci Dünya Müharibəsindəki duruma bənzədir və deyir ki, Ukrayna işğal edilməməlidir və o, azad ölkə olmalıdır, lakin bununla yanaşı, Rusiya da Avropanın Şərqində qurulacaq yeni geosiyasi müstəvidən kənarda qalmamalıdır və öz əvvəlki mövqeyini qorumalıdır. Kissincerin fikrinə görə, Rusiya qlobal qüvvələr nisbətinin tarazlaşdırılması baxımından həmişə vacib oyunçu rolunda çıxış edib və bunun davam etməsinə yenə də ehtiyac var.

Yəni, konkret olaraq Kissincer nə demək istəyir? O, əslində demək istəyir ki, köhnə qaydalar və nizam sistemi dəyişilməsin və geostrateji cəhətdən Rusiya Avropaya qarşı “qorxuluq” kimi saxlansın, əks təqdirdə Amerika Avropanı hansı yollarla öz təsir sferasında saxlaya biləcək? Axı, NATO dedikdə, əsas etibarı ilə ABŞ nəzərdə tutulur və bu alyansın güclənməsinin başlıca səbəbi yalnız Rusiya təhdidi ilə əlaqəlidir. Əlbəttə, 100 yaşlı bir siyasətçidən başqa nə gözləmək olar ki?! O, düşünür ki, dünyanı qətiyyən dəyişmək olmaz, yoxsa hər şey ABŞ-ın ziyanına işləyəcək. Söz yox ki, siyasətdə avantüraya yol vermək olmaz, amma digər tərəfdən, Kissincer nəzərə almır ki, dünya və tarix heç zaman statik olmayıb, həmişə yeni şəklə düşüb və bu qaçılmaz reallıqdır.

Hal-hazırda Amerikanın gələcək dünya barəsində hansı strategiya üzərində dayandığını söyləmək çətindir. Çoxsaylı versiyalar var. Məsələn, əgər Rusiya öz mövqeyində saxlanılarsa və Ukrayna müharibəsində onun məğlub edilməsinə imkan verilməzsə, bundan sonra ağır döyüşlərdən zəif düşmüş Rusiya Çin tərəfindən asanlıqla həzm oluncaq. Rusiyanın böyük bir hissəsini öz içində əritmək Çin üçün heç bir problem təşkil etməyəcək. Belə olan halda ABŞ-ın qarşısında bir qədər də güclənmiş Çin peyda ola bilər. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam