MÜHARİBƏ RUSİYANI PARÇALAYACAQ? -”Rusiyanın dağılması? Hamı üçün yaxşı xəbərdir...”
“Mərkəzi şəhərlərlə kasıb əyalətlər arasında yaranmış bərabərsizlik ölkədə gərginlik yaradır”
Yenixeber.org: Vladimir Putin hakimiyyətə gələndən sonra Rusiyanın federasiya olmasına məhəl qoymadan ölkənin bütün iqtisadi imkanlarını və gəlirlərini bir əldə cəmləşdirməklə yanaşı, büdcədən ən böyük payı paytaxt Moskvaya və bir neçə iri şəhərə yönəltdi. Qərbdəkı bəzi analitiklər hesab edirlər ki, Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi ölkəni parçalanmaya sürükləyir və Kremlin regionlara qarşı həyata keçirdiyi siyasət də buna tam zəmin yaradır.
ABŞ-ın “Foreign Affairs” nəşri “Putinin müharibəsi və Rusiyanın palçalanmasının təhlükəsi” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub.
Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”Vladimir Putin Ukraynadakı müharibəyə daha artıq güc sərf etdikcə onun rejiminin sabitliyi getdikcə daha çox laxlayır. Bəzi müşahidəçilər deyirlər ki, Rusiya lideri devrilə bilər, digərləri isə ölkənin parçalanmasından danışırlar. Görəsən, nə üçün Rusiyanın parçalanması məsələsi meydana gəlir?
Coğrafi xüsusiyyətinə görə, bu ölkəni cəmləşdirmək çox çətindir. Rusiya dünyada ən böyük əraziyə malik, 11 saat qurşağı olan bir ölkədir və onun əhalisinin 20 faizini yerli xalqlar təşkil edir.
Hazırda Rusiyanın Uzaq Şərq regionunun əhalisi Moskva və Sankt-Peterburqdan daha çox Çin, Yaponiya və Cənubi Koreya ilə sıx əlaqələr qururlar. Putinin rəhbərliyi altında hakimiyyət mərkəzləşdirilərək paytaxt Moskvaya bağlanılıb. Əyatlətlərdəki siyasi və mədəni muxtariyyətlər isə azaldılıb.
Bəzi Qərb müşahidəçiləri nəinki Rusiyanın çökməsini müzakirə edirlər, həmçinin Moskvanın beynəlxalq arenadakı davranışlarını “düzəltmək” məsələsini həll etmək üçün bunun təşviqatını da aparırlar.
Amma bu ölkənin parçalanması Qərbin “Rusiya problemi”ni həll etməyəcək.
Tarix boyunca Rusiya ilderləri ölkənin ən uzaq regionlarını əllərində möhkəm saxlamqdan ötrü, daim “qamçı və kökə kombinasiyası”ndan istifadə ediblər. Çarlar işğal etdikləri xalqların birinə mədəni müxtariyyət verirdisə, digərlərini məcburi assimilyasiyaya məruz qoyurdu. Sovet rejimi də həmin sxemi davam etdirirdi, hərdən milli özünəməxsusluğa diqqət ayırır, hərdən isə hakimiyyətə loyal saymadığı milli azlıqları yaşadıqları yerlərdən deportasiya etməklə cəzalandırırdı.
2000-ci ildə hakimiyyətə gələn Vladimir Putin Moskvanın Rusiya regionları üzərindəki nəzarətini tədricən bərpa etdi. Həmin vaxtdan indiyədək varlı mərkəzi şəhərlərlə kasıb əyalətlər arasında yaranmış bərabərsizlik ölkədə gərginlik yaradır. Moskva və onun ətraf rayonları dövlət büdcəsindən daha çox pay alır.
Bunun əksinə, Sibir regionları büdcəyə daha çox gəlir gətirsələr də, onlara daha az pul verirlər. Putin rəhbərliyə gəldikdən sonra paytaxt Moskva hədsiz çox hakimiyyət əldə edib, uzaqdakı subyektlər isə öz administrativ və maliyyə muxtariyyətlərini itiriblər ki, bu da öz növbəsində regional inkişafı ciddi şəkildə əngəlləyib. Hətta Putinə çox loyal yanaşan Krasnodar diyarının yerli liderləri də Moskva bürokratiyasını tənqid edirlər.
Ukarynadakı müharibə Moskvadan böyük muxtariyyət alınması çağırışlarını gücləndirə bilər. Sentyabr ayında başlayan qismən səfərbərlik etnik azlıqların böyük əksəriyyət təşkil etdiyi rayonlarda neqativ reaksiya doğurub. Hətta Putinin etibarlı “sıravı əsgəri” kimi özünü göstərən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov da “planı doldurduqlarını” bildirərək, səfərbərliyi digər regionlardan əvvəl durdurmuşdu. Sentyabrda Dağıstanın baş müftisinin həyat yoldaşı da anoloji bəyanatla çıxış etmişdi.
Etnik azlıqlar Rusiyadan ayrılma tələbi irəli sürmürlər. Ancaq çox böyük ehtimalla etnik respublikalardakı əhalinin əksəriyyəti onlara böyük mədəni və siyasi muxtariyyət verilməsini istəyirlər.
Rusiyanın parçalanması ideyasının ölkə daxilində dəstkələnməsinin sübutu olmasa da, bəzi Qərb siyasətçiləri və ekspertləri bunun mümükünlüyü barədə xəbərdarlıq edirlər. ABŞ Helsinki komissiyası “Rusiyanın müstəmləkəsizləşdirilməsini Qərbin mənəvi və strateji imperativi” elan edib. Bu ilin may ayında Rusiyadakı kleptokratiyaya qarşı çıxış edən jurnalist Keysi Mişel “The Atlantik” nəşrində anoloji arqument irəliyə sürmüşdü: ”Qərb 1991-ci ildə başlatdığı layihəni yekunlaşdırmalıdır. O, Rusiyanı tam müstəmləkəsizləşdirməyə çalışmalıdır”.
“Avropa siyasəti analiz mərkəzi”nin analitiki Sergey Sumlennıy yazıb: ”Rusiyanın dağılması? Hamı üçün yaxşı xəbərdir”.
Bu cür fikirlər Polaşa və Ukraynadan da gəlir. Polşanın keçmiş Prezidenti Lex Valensa bildirib ki, Rusiya tərəfindən müstəmləkəçiliyə məruz qalmış 60 xalq ondan ayrılmalıdır ki, Rusiya əhalisi 50 milyon olan bir ölkəyə çevrilsin(Hazırda Rusiya Federasiyasının əhalisi 140 milyondur).
“Azad millətlər liqası” və “Rusiya azad xalqlarının forumu” təşkilatları Mərkəzi Avropada mitinqlər təşkil edərək “həbsdə olan xalqların azad edilməsi” şüarları ilə çağırışlar ediblər. Bir vaxtlar inqilabçılar da çar dövrü Rusiyasını “xalqlar həbsxanası” adlandırırdılar. Bütün bunlar soyuq müharibə dövründə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən sponsorluq edilən “Millətlərin anti-bolşevik bloku” şüarlarına bənzəyir.
Rusiyadakı başlıca mədəni bölünmə etnik ruslar və digər milli azılıqlar arasında deyil, böyük şəhərlərlə ölkənin yerdə qalan hissəsi - deprssiv regionlar və etnik respublikalar arasında da gedir. Son onilliklərdə iri şəhərlərdə vətəndaş cəmiyyətinin artan aktivliyi və kütləvi plürializm əlamətləri hiss olunur, hətta Ukrayna müharibəsinin başlanması ilə bağlı hakimiyyətin güclü təzyiqinə baxmayaraq, bu cür meyllər yenə davam edir. Ancaq bunun əksinə olaraq əyalət əhalisi və milli azlıqlar daha mühafizəkardırlar.
Böyük dövlətlərin dağılması həmişə vətəndaş müharibələrinə yol açır. Yeni peyda olan dövlət quruluşları sərhəd və iqtisadi mənfəət uğrunda bir-birilə mübarizə aparacaqlar.
Böyük nüvə arsenalına malik olan Moskva elitası istənilən separatçı hərəkətlərə sərt reaksiya göstərəcək. Xüsusi xidmət və hüquq-mühafizə orqanları Sovet İttifaqının parçalanmasına bənzər hadisələrin təkrarlanması cəhdlərinin qarşısını alacaqlar.
Hələ ki, Rusiyanın parçalanması ehtimalı azdır. Lakin Putin rejiminin apardığı müharibə nəticəsində mərkəzsizləşdirmə meylləri getdikcə çoxalacaq. Ən yaxşı nəticə konstitutsiyada yazıldığı kimi, yerli idarəetmənin reallaşmasıdır. Rusiyanın “təkrar federallaşması” onun müstəmləkəçilik irsindən ayrılması ilə mümkündür. Əgər Rusiyanın idarəetmə quruluşu siyasi və mədəni cəhətdən mərkəzi hakimiyyətə bağlılığını minimuma endirsə, özünü daxildən islah edə bilər”.“Azpolitika”