Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“İRAN CASUSLARI AZƏRBAYCANI NECƏ HƏDƏLƏYİR?” –“Tehran rejimi Azərbaycana da nifrət edir”

Yenixeber.org: Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə İran rejiminin Azərbaycana da nifrət etdiyi bildirilir: “1979-cu il İran inqilabından sonra Tehranda mollalar mütəmadi olaraq “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndirir, amma dünyada çox az insanın xəbəri var ki, İran rejimi az qala İsrailə və Amerikaya nifrət etdiyi kimi, Azərbaycana da nifrət edir. Çünki mollalar üçün İsrail dövlətinin sadiq müttəfiqi olan Azərbaycan Prezidenti İlham Əliyev kimi dini tolerantlığı, multikulturalizmi, plüralizmi və qadın hüquqlarını müdafiə edən liderin rəhbərlik etdiyi, əksəriyyəti şiə müsəlmanların olduğu bir ölkənin varlığını həzm etməkdən pis heç nə yoxdur”.

Reyçel Avraham

Məqalədə qeyd olunub ki, Azərbaycanın mötədilliyinə və İsraillə dostluğuna görə iranlılar son vaxtlar Azərbaycanı hədələmək üçün əllərindən gələni edirlər və Tehran mollalarının ölkəmizə zərər vurmağa çalışdıqları üsullardan biri də casuslardan istifadə etməkdir: “Xarici medianın son xəbərlərinə görə, beş Azərbaycan vətəndaşı İranın xeyrinə casusluq etdiyinə görə həbs edilib, onların orada Azərbaycan Ordusu, o cümlədən Türkiyə və İsraildən pilotsuz uçuş aparatlarının alınması və ölkənin enerji infrastrukturu ilə bağlı məlumatlar topladığı bildirilir.

Bu, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İran xüsusi xidmət orqanları tərəfindən təlim keçməkdə və maliyyələşdirməkdə ittiham olunan 19 nəfəri həbs etməsindən sonra aydınlaşıb. Həmin şəxslər qanunsuz ekstremist materialları ölkəyə gətirməklə və onların Ermənistana dəstək aksiyalarına qarşı çıxan yerli azərbaycanlıları hədələməklə Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər törədiblər. Bu qrupun üzvlərindən biri İran səfirliyinin avtomobilində azərbaycanlılar arasında ekstremist köynəklər paylayıb. Saxlanılanlardan üçü Suriyada hərbi təlim keçdiklərini və fəaliyyətlərinə görə iranlılardan təxminən 1000 ABŞ dolları məqbləğində pul aldıqlarını etiraf ediblər. Həmin şəxslərin “Müsəlman Birliyi Hərəkatı” kimi tanınan yerli şiə ekstremist qruplaşması ilə də əlaqəli olduğu məqalədə bildirilir”.

İsrailli politoloq sözügedən həbslərin İslam Respublikasında hökumət əleyhinə etirazların artması, İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçməsi və Azərbaycan-Ermənistan sərhədində İran konsulluğunun açılması fonunda baş verdiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, Bakı və Tehran arasında gərgin münasibətlər var, İran tez-tez Azərbaycanı İsrail dövləti ilə əməkdaşlığa görə qınayır. Habelə bu yaxınlarda İranın Azərbaycandakı səfiri Tehrandan gələn təhdid ritorikasına görə Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb, bütün bunlara İran tərəfi Azərbaycanla sərhədi yaxınlığında İsrail casusu olmaqda ittiham etdikləri 10 nəfəri həbs etməklə cavab verib.

Həmçinini qeyd olunub ki, İkinci Qarabağ müharibəsi zamanı İran qüvvələrinin Ermənistana kömək etmək üçün fəal şəkildə müdaxilə etdiyi barədə məlumatlar mövcuddur və beləliklə, İranın Azərbaycanda təxribatlar etmək istəyinin çox uzun tarixi var.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: https://www.israelhayom.com/2022/11/17/how-iranian-spies-threaten-azerbaijan/

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam