Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ -AXI NİYƏ?..

Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..
Azərbaycanda qeyri-rəsmi iqtisadiyyatın və korrupsiyanın strukturlaşmış formalarından biri sayılan saxta şirkətlərin fəaliyyəti, artıq təkcə iqtisadi deyil, sosial və mənəvi təhlükə kimi qiymətləndirilməlidir.

Yenixeber.org: Son aylarda üzə çıxan faktlar, bu qanunsuzluqların yeni, daha amansız bir mərhələyə keçdiyini göstərir: narkotik aludəçiləri, psixoloji pozuntusu olan şəxslər və ölüm ayağında olan onkoloji xəstələr bu şəbəkənin vasitəsinə çevriliblər. Üstəlik, bu hallar illərlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də qarşısı alınmayıb və aidiyyəti qurumlar, xüsusilə Gömrük Komitəsi, Vergilər nazirliyi. İdxal-İxrac Baş İdarəsi hərəkətsiz qalır, baş verənlərə ciddi yanaşmırlar.

Strukturlaşdırılmış maxinasiyalar: Kimlər və necə istifadə olunur?

Son dövrlərdə ictimaiyyətə açıqlanan məlumatlar göstərir ki, Azərbaycanda saxta şirkətlərin yaradılmasında daha “təsirli” üsullara keçilib. Əvvəllər sosial cəhətdən zəif, hüquqi bilikləri olmayan vətəndaşların adından sui-istifadə olunurdusa, bu gün bu məqsədlə daha həssas və cavabdehlik daşımaq iqtidarında olmayan şəxslər seçilir:

Narkotik aludəçiləri
Psixoloji və ruhi pozuntuları olan insanlar
Ağır onkoloji xəstələr və müalicə imkanından məhrum şəxslər

Bəzi hallarda işbazlar onkoloji xəstələri birbaşa xəstəxana qarşısında axtarıb tapır, onlara cüzi pul yardımı vəd edir və onların adına şirkət açmaq üçün etibarnamə alır. Bu şəxslərin çoxu bir neçə ay içində vəfat edir və nəticədə onların adına qeydiyyatda olan şirkətlərin külli miqdarda vergi və sosial borcu cavabsız qalır.

İdxal-İxrac İdarəsi və Gömrük Komitəsi: Sistemli laqeydlik, yoxsa...

Bu saxta şirkətlərin təkcə qeydiyyatdan keçməsi yox, fəaliyyət göstərməsi, milyonlarla manatlıq idxal əməliyyatlarını heç bir ciddi sənədlə müşayiət etmədən həyata keçirməsi göstərir ki, bu proseslər aidiyyəti dövlət qurumlarının nəzarətindən ya kənarda qalır, ya da onların səssiz razılığı ilə baş tutur.
Əldə edilən məlumatlara görə, bəzi hallarda idxal olunan məhsullar asanlıqla gömrükdən keçirilir. Heç bir ekspertiza, əlavə sənəd, real anbarsız məhsullar birbaşa bazara daxil edilir. Bu sistemin əsas nəzarət qurumu olan İdxal-İxrac Baş İdarəsi, şirkətlərin təsisçilərini, maliyyə vəziyyətlərini, fiziki ünvanlarını yoxlamalı olduğu halda, bu funksiyalar tamamilə formal şəkildə həyata keçirilir. Qeyd edək ki, qurumun rəhbəri Azər Məmmədovdur...
Daha da təhlükəlisi, ictimaiyyət arasında yayılan iddialar bu proseslərin təkcə sistem zəifliyi ilə deyil, bəzi məmurların aktiv iştirakı ilə mümkün olduğunu göstərir. Belə ki, bir çox bu tip şirkətlərin arxasında yüksək vəzifəli şəxslərin qohumları və yaxın çevrəsinin dayandığı bildirilir.

Dövlət büdcəsinə və sahibkarlıq mühitinə dərin zərbə

Bu sistemin nəticəsi birbaşa dövlət büdcəsinin ziyan görməsi və qanuni sahibkarlığın sıradan çıxarılmasıdır. Rəqabət mühiti pozulur, vergisini ödəyən, sənədlərlə işləyən sahibkar qeyri-rəsmi yolla çalışan “saxta biznes” qarşısında uduzur. Bu isə iqtisadi sistemin içəridən çökdürülməsi deməkdir.
Rəqəmlər göstərir ki, bu saxta şirkətlər vasitəsilə ölkəyə aylıq on milyonlarla manatlıq məhsul idxal edilir. Bunların heç biri real iqtisadi dövriyyədə rəsmi qeydiyyatdan keçmir, vergi ödənilmir və hüquqi məsuliyyət daşıyan tərəf qalmır.
Artıq cəmiyyət bu məsələ qarşısında susmur. Media, vətəndaş cəmiyyəti institutları və bəzi sahibkar birlikləri bu problemi illərdir qaldırsa da, konkret nəticə yoxdur. Dövlətin maraqlarına bu qədər ciddi zərbə vuran bir sistemin illərlə toxunulmaz qalması isə haqlı suallar doğurur.
Hələ də bu şirkətlərin açılmasına necə icazə verilir?
İdxal-İxrac Baş İdarəsi bu proseslərə necə göz yumur?
                     Gömrük Komitəsi nə üçün tədbir görmür?
Bu sahədə tənzimləmə və nəzarət mexanizmlərinə cavabdeh qurumlardan birincisi İqtisadiyyat Nazirliyidir. Lakin nazir Mikayıl Cabbarovun rəhbərlik etdiyi qurum bu qədər geniş yayılmış və ictimai rezonansa səbəb olan saxta şirkət maxinasiyalarına qarşı açıq və prinsipial mövqe ortaya qoymur. İdxal-İxrac Baş İdarəsinin fəaliyyəti, faktiki olaraq, nazirliyin nəzarətindən çıxmış vəziyyətdədir. Əgər bu struktur real yoxlamalar həyata keçirmir, ölü şəxslərin və narkotik asılılığı olan insanların adından milyonlarla manatlıq idxalı görməzdən gəlirsə, bunun məsuliyyətini anlamalıdırlar.

              Bu suallara illərdir cavab verilmir...

Aylardır bəzi rəsmilər, TV-lər tərəfindən bu proseslərin qarşısını almaq üçün islahatların planlaşdırıldığı bildirilir. Şirkət qeydiyyatı üçün fiziki iştirak, notarial təsdiq, sahibkarlıq qabiliyyətinin qiymətləndirilməsi kimi mexanizmlər təklif olunur. Lakin sual yaranır: bu sistemin içərisində olanlar həmin islahatların həyata keçirilməsinə imkan verəcəkmi?
Beləliklə, bu gün Azərbaycanda saxta şirkətlər problemi təkcə iqtisadi məsələ deyil, bu, insan həyatının, hüquq sisteminin və dayaqların istismar olunmasıdır. Əgər bir ölkədə ölümcül xəstənin adından milyonlarla manatlıq maxinasiyalar həyata keçirilə bilirsə və dövlət qurumları bu prosesə ya laqeyd yanaşır, ya da iştirak edirsə, orada sistemin təcili şəkildə yenidən qurulmasına ehtiyac var.(Dia-az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam