Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Gəncləri hərbi xidmətdən yayınmağa çağıran “Aviasales”lə bağlı SENSASİON FAKTLAR -Reklam adı ilə TƏXRİBAT 

Şirkətlərin reklam kampaniyalarını daha cəlbedici etməsi üçün kreativ metod və şüarlar seçməsi hər kəsə yaxşı məlumdur. Lakin bəzi hallarda bu şüarlar bütün hədləri aşır, hətta qanun pozuntusuna çağırışa çevrilir.

             “Aviasales.az”dan qanun pozuntusuna çağırış

Yenixeber.org: Biletlərin tapılması üzrə ixtisaslaşmış meta-axtarış platforması kimi tanınan “aviasales.az”ın “İnstagram” hesabından etdiyi paylaşım bu mənada xüsusilə narahatlıq doğurur. Belə ki, sözügedən paylaşımda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emblemi əks olunub və “3 saat ərzində bizdən bilet almasanız, sizi bu zəng gözləyir” sözləri yazılıb.
Yəni, faktiki olaraq, gənclərə hərbi xidmətdən yayınmaq üçün xaricə qaçmaq tövsiyə edilir. Bu isə həm hüquqi, həm də mənəvi cəhətdən qəbuledilməzdir.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hərbi xidmət keçməkdən boyun qaçırma cinayət əməli hesab olunur. Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, bu əməli törədən şəxsləri 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hərbi xidmətdən yayınmağın mənəvi yükü isə hüquqi cəzasından daha ağırdır. Çünki Azərbaycan xalqı üçün Vətənə xidmət ən ali vəzifədir.

Reklam, yoxsa siyasi çağırış?

Buna baxmayaraq, “Aviasales” vətənə xidmət vəzifəsini öz reklamı üçün məzxərəyə qoymaqdan utanmır. Daha doğrusu, onlar azərbaycanlı gənclər üçün hərbi xidməti qorxulu çağırış kimi göstərərək, bundan fayda götürməyə çalışırlar. 
Əvvəla onu qeyd edək ki, “Aviasales” platformasının dünya üzrə aylıq 15 milyon istifadəçisi var. Sözügedən platformanın Azərbaycan bölməsinin “İnstagram” hesabını isə 59,3 min nəfər izləyir. Yəni “Aviasales” dünyada və ölkəmizdə kifayət qədər tanınır və böyük izləyici auditoriyasına sahibdir.
Digər tərəfdən, hazırda yay fəslinin son günləridir. Üstəlik, avqust ayı hərbi xidmətə çağırış dönəmi də deyil. Yəni belə bir reklamın effektiv olma ehtimalı yoxdur.
Bütün bunları nəzərə alsaq, sözügedən paylaşımın reklam yox, siyasi məqsəd daşıdığını aydın şəkildə görə bilərik.

“Aviasales” rusların imiş...

Məlumat üçün qeyd edək ki, “Aviasales” 2007-ci ildə yaradılmış meta-axtarış platformasıdır. Bu platforma əvvəllər “JetRadar” adı ilə tanınır. “Aviasales” birbaşa bilet satışı ilə məşğul olmasalar da, aviaşirkətlər və onlayn səyahət agentlikləri vasitəsilə bilet tapmağa yönləndirir. 2011-ci ildə "Go Travel Un Limited" adı ilə Hong Kong-da qeydiyyatdan keçən Aviasales-in mərkəzi ofisi hazırda Taylandın Phuket adasında yerləşir.

Amma şirkətin təsisçisi rusiyalı Konstantin Kalinovdur.

Kalinovun dosyesini araşdırarkən bir məqam xüsusilə diqqətimizi çəkdi. O, Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasının əməliyyat hazırlığı fakültəsində təhsil alıb. Bu cür spesifik sahədə təhsil almış şəxsin Rusiya xüsusi xidmət orqanları ilə bağının olması ehtimalı böyükdür.
Doğrudur, Kalinov 2017-ci ildə dünyasını dəyişib. Ancaq ondan sonra da şirkətə ruslar rəhbərlik edir. Belə ki, hazırda “Aviasales”in İdarə heyətinin Sədri Max Kraynov, şirkətin CEO-su isə Anton Baytsurdur. Yəni, Kalinov ölsə də, irsi davam edir...
Bütün bunları və Rusiyanın son dövrlərdə Azərbaycana qarşı sistemli hücumlarını nəzərə aldıqda isə, “Aviasales”in bu paylaşımının üzərindəki sirr pərdəsi ortadan qalxır. Yəni, sözügedən paylaşım reklam xətrinə edilmiş bir zarafat yox, açıq şəkildə gənclərimizə yönələn çirkin çağırışdır.(bizim.media)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam