Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ÜÇÜNCÜ QARABAĞ SAVAŞINA HAZIRLIQ GEDİR? -Rəsmi şəxsdən maraqlı eyham

Yenixeber.org: Bunu Milli Məclisin sədr müavini Adil Əliyev mətbuata açıqlamasında bildirib.

Vitse-spikerin bu açıqlamasından belə qənaət yaranır ki, Qarabağda növbəti hərbi qarşıdurma olduqca real, bəlkə də qaçılmazdır. Ən azından vitse-spiker səviyyəsində “3-cü Qarabağ döyüşləri”ndən bəhs edilməsi heç də təsadüfi görünmür.

Əslində, belə bir hərbi əməliyyatın labüdlüyü dəfələrlə bir çox politoloqlarımız və hərbi ekspertlər tərəfindən də səsləndirilib. Çünki Ermənistan 10 noyabr sazişinin, nə də sonrakı görüşlərdə əldə olunan razılaşmaların əhəmiyyətli bir qismini yerinə yetirməkdən imtina edir. Xüsusilə də öz silahlı qüvvələrini Qarabağdan çıxarmaq niyyətində olmadığını göstərir və bu işdə ona əsas havadarı olan Rusiyanın dəstək verdiyi qətiyyən şübhə doğurmur.

Bütün bunlar isə Azərbaycanı vəziyyətə uyğun adekvat addımlar atmağa vadar edə bilər və məsələnin hərbi yolla həlli üçün rəsmi Bakının bütün hüquqi əsasları var. 

Bunu ölkə başçısı İlham Əliyev də son çıxışında demək olar açıq şəkildə ifadə edib: “Biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir...”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam