Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Ermənistan batır, Böyük Qayıdış isə sürətlənir - Bakıya qarşı “sualtı daşlar”... 

Köçkünlərə müjdə, düşmənlərə bəd xəbər; Qarabağın tam məskunlaşması anklavdakı erməni əhalinin də, Rusiya sülhməramlılarının da taleyini müəyyən edəcək - Azərbaycanın xeyrinə!..

Yenixeber.org: Erməni işğalından azad edilən torpaqlarımızda böyük bərpa-quruculuq işləri sürətlə davam edir. 2022-ci il həmin ərazilərin məskunlaşması baxımından məxsusi olacaq. Söhbət yalnızca növbəti infrastruktur layihələrinin reallaşması və ya digər inşa işlərindən, yaxud dünəndən Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutlarının başlamasından getmir. 

Bunlar öz yerində. Söhbət həm də ondan gedir ki, 2022-ci ildə, nəhayət, Qarabağdan olan köçkünlərimizin ilk qismi öz doğma yerlərinə qayıdacaq. Tam abad olunmuş, hər cür şəraitin yaradıldığı yurdlarına. Bu barədə hələ ötən il Prezident İlham Əliyev açıqlamalarının birində anons verib.

“Yaxın zamanlarda ilk məcburi köçkün ailələrinin öz evlərinə geri dönüşünün şahidi olacağıq”. Bunu isə ötən həftəsonu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

*****

Şübhə yox ki, bu müjdə dostlarımızı sevindirəcək, Qarabağın gerçək sahibinə qayıtmasını heç cür “həzm edə” bilməyən düşmənlərimizi və onların havadarlarını isə bərk məyus edəcək. Çünki nə qədər böyük quruculuq işləri aparılır-aparılsın, torpaq əgər üzərində əhali yaşamırsa, əkib-becərilmirsə, onun dəyəri olmaz. Demək, onu qorumağa, orada hərbi hissələr yaratmağa da dəyməz.

Qarabağın minalardan təmizlənməsi Böyük qayıdışa təhlükəsiz yol açır  Xalqqazeti.com

Mənfur ermənilər də elə ona ümidlidirlər ki, Azərbaycan dövlətinə əraziləri minalardan tam təmizləmək üçün on illər lazım gələcək və bu da əhalinin tam qayıdışına imkan verməyəcək. Lakin düşmənin arzuları gözündə qalacaq. Ona görə ki, Böyük Qayıdış dövlətimiz və xalqımız üçün 1 nömrəli, strateji hədəfdir və ona qısa müddətdə çatmaq üçün Azərbaycan özünün bütün resurslarını səfərbər edib.

60 mindən çox şəxs Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən sorğuda  iştrak edib

Daha bir səbəbə. Köçkünlərimizin dədə-baba torpaqlarına dönüşü, Qarabağın maksimum qısa zamanda (əsasən 2025-ci ilədək) məskunlaşdırılması əlbəttə ki, Rusiya sülhməramlı qüvvələrinin və onların nəzarətindəki bir ovuc erməni əhalinin taleyini də müəyyənləşdirmiş olacaq. Azərbaycanın xeyrinə təbii ki. Faktiki rus hərbçilərinə lüzum qalmayacaq. Çünki böyük qayıdışın reallaşdığına əmin olan erməni əhali artıq qərarını verməli olacaq: ya Azərbaycan Konstitusiyasını, vətəndaşlığımızı qəbul eləmək, ya da ərazimizi həmişəlik tərk edib getmək.

Bizə qarşı məkrli çevrələrin, bunca “sualtı daşlar” qoymasında, o sırada Qarabağda mifik “rus icması” yaradılmasında başlıca məram da budur. Lakin buna nail ola bilməyəcəklər. Ona görə ki, qardaş Türkiyə ilə artıq ət-dırnaq kimi olan Azərbaycan nə Gürcüstandır, nə də Qazaxıstan və ya Belarus. Ermənistan heç deyil...      

*****

İbrətamizdir ki, Azərbaycanın böyük quruculuq işləri aparması fonunda Ermənistan öz problemlərində “qovrulmağa” davam edir. Prezident Armen Sarkisyanın srağagünkü qəfil istefası da təbii ki, bu yöndə heç nəyi yaxşıya dəyişən deyil.

Birinci ona görə ki, qonşu ölkədə prezident postu həlledici sayılmır və olduqca az səlahiyyətlərə malikdir. İkincisi isə Sarkisyanın özü güclü imici və xarizması olan bir fiqur deyil ki, onun gedişi siyasi proseslərə kardinal təsir eləsin. Hərgah, kapitulyant ölkədə bu olaydan da çox uzaqgedən nəticələr çıxaranlar var.

Partiya sədri Paşinyanın Qarabağdakı erməniləri yoluxdurduğunu iddia edir -  pia.az

          Artur Kazinyan

Məsələn, “Ermənistan” parlament fraksiyasının deputatı Artur Kazinyan özünün Facebook-dakı səhifəsində yazıb: “Hadisələr çox sürətlə inkişaf edir, bu istefa açıq şəkildə geosiyasi kontekst ehtiva edir. Armen Sarkisyan bir neçə gün əvvəl 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üçün BƏƏ-dən maliyyə alıb və bunun başlanğıc olduğu bildirilib. Niyə indi, bazar gecəsi istefa verir? Bir şey şübhəsizdir - Ermənistanda siyasi reallıqlar dəyişib və sonrakı proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər. Biz ayıq-sayıq və tədbirli olmalıyıq. Ermənistan dövlətçiliyinin mövcudluğu məsələsi qaldırılıb”.

*****

Ancaq dəfələrlə qeyd elədiyimiz kimi, Ermənistanın mövcudluğu, tərəqqisi əsla hakimiyyət dəyişikliyinə yox, təfəkkür dəyişikliyinə bağlıdır. Nəyin qayəsində ki, Ermənistanın öz qapıbir qonşuları ilə sülh və əməkdaşlıq içində yaşamaq hədəfi dayanmalıdır. Necə? Bunun da yolu bəlli. Bu formuldan kənarda, sözsüz ki, erməni xalqının iztirabları davam edəcək və ölkə sonda tam boşalacaq.

Boyük Qayıdış” qarşısıalınmazdır

Düzdür, Ermənistanda da sülh və əməkdaşlıqdan danışırlar. Hətta bizdən də çox. Ancaq əfsus ki, bu, tam fərqli, onların anlamında olan və “qan iyi”, “barıt qoxusu” verən bir sülhdür. Gerçək barışa, əməkdaşlığa dəxli olmayan bir sülhdür. Dinclik, sülh istəyən kapitulyant ölkə, xalq öncə öz məğlubiyyətini etiraf edər, qonşularına qarşı törətdiyi cinayətlər, soyqırım aktlarına görə üzr istəyər. Nəhayət, qonşulara qarşı əsassız ərazi iddialarından imtina edər.

Yalnız bundan sonra inkişafa ümid edə bilər. Yəni, öncə erməni toplumu indiki fəlakətli durumuna dəqiq diaqnoz qoymalıdır ki, doğru-düzgün də müalicə alıb “sağala” bilsin. Əks təqdirdə, daha böyük bəlalara hazırlaşsın.

Yeri gəlmişkən, bu arada məlum olub ki, 2021-ci ildə ölkənin dövlət borcu  daha 1,25 milyard ABŞ dolları və ya 16,1 % artırıb. Hazırda Ermənistanın adambaşına düşən dövlət borcu 3 112 ABŞ dolları təşkil edir, təkcə keçən il bu rəqəm daha 420,4 dollar artıb. Başqa sahələrdə ağırlaşmalar, ölkədən günü-gündən artan kütləvi köç də öz yerində.

Daha nələr olmalıdır ki, Ermənistan və onun xalqı uçurumun kənarında dayandığını anlasın?(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam