Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistan bədbəxt ölkələrin 1-ci onluğunda:2020-də İrəvanı kritik qərarlar gözləyir

Kasıblıqdan və bədbəxtçilikdən qurtuluşun “resepti” məlum; kapitulyant ölkə “xilas kəməri”ni götürməsə...

Yenixeber.org: Dəfələrlə yazdığımız kimi, Ermənistan və onun xalqının xoşbəxtliyi uzaq Fransaya, ABŞ-a, yaxud həmsərhəd olmayan Rusiyaya deyil, məhz qonşu Azərbaycan və Türkiyəyə bağlıdır. Rifahın, xoşbəxtliyin yolu, formulu da məlum: dənizlərə birbaşa çıxışı olmayan Ermənistan adlı süni dövlət öncəliklə “ayağındakı daş”dan - Qarabağa iddiadan həmişəlik imtina etməlidir. Əks halda, heç vaxt inkişaf tapa, təhlükəsizlik içində mövcud ola bilməyəcək. Necə ki, mövcud deyil.

Bu xüsusda Nikol Paşinyan hökumətinin “Qarabağ yükü”ndən qurtulmaq yönündə kövrək cəhdləri əslində məntiqlidir. Hərçənd Paşinyan özü də hələ ki bu xüsusda qəti qərar vermiş kimi görünmür. Onun vaxtaşırı “artsax xalqının öz müqəddəratını təyinetmə haqqı”ndan dəm vurması buna sübutdur.

*****

Amma enində-sonunda, daha dəqiqi, qarşıdakı ildə rəsmi İrəvan birmənalı şəkildə öz mövqeyini bəyan eləməlidir: Ermənistan üzücü blokadadan çıxıb da real tərəqqiyə çatmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ya yox? Cavab pozitiv olacaqsa, o zaman ardınca müəyyən hüquqi proseduralar gəlməlidir. Söhbət təkcə konstitusiyaya müvafiq düzəlişlər eləməkdən getmir. Bu öz yerində. Başqa yuridik əngəllər də var.  

Məsələn, 1992-ci ilin iyulunda Ermənistan parlamenti qərar qəbul edib ki, “Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi istənilən beynəlxalq və ya daxili sənəd Ermənistan üçün qəbuledilməzdir”. Yəni heç bir erməni rəhbəri belə sənədlərə imza ata bilməz.

Aydındır, həmin qərar qüvvədən salınmayınca nə Paşinyan, nə də Ermənistanın digər rəsmi şəxsləri ərazi bütövlüyümüzün təsdiqləndiyi ikitərəfli sülh sənədinə imza atmağa cürət etməyəcəklər. Ancaq hazırkı parlamentdə Paşinyan tərəfdarları konstitusion üstünlük təşkil edir. Deməli, istəsələr ləğv edə də bilərlər.

Bu mənada 2022 - İrəvan üçün böyük ölçüdə ağır test ili olacaq. Yəni Ermənistan beynəlxalq hüquqa sayğılı olub da, öz qonşuları ilə dinc qonşuluq şəraitində, əmin-amanlıq və əməkdaşlıq içində yaşamaq istəyir ya yox? Sualın cavabı əlbəttə ki, hazırkı baş nazirə ilk növbədə erməni cəmiyyətinin verəcəyi dəstəkdən asılı olacaq.  O cəmiyyət ki, nəhayət, “artsax” qatarının getdiyini və bir daha qayıtmayacağını birmənalı qəbul eləməli, “Böyük Ermənistan”, ikinci “erməni dövləti” sərsəmləməsindən həmişəlik imtina etməlidir. Əlbəttə ki, Ermənistana bu yöndə Azərbaycan da gərəkən “dəstəyi” verəcək - vaxtaşırı “Dəmir yumruğ”u göstərməklə, Qarabağda ilişib qalan silahlı separatçı tör-töküntülərin mühasirəsini getdikcə daraltmaqla...  

*****

“Bir müddətdən sonra Bakı Azərbaycan qanunlarının bütün Qarabağda tətbiqini tələb edəcək”.

Qrant Baqratyan: “Belə getsə, Türkiyənin yanında durmaq məcburiyyətində  qalacağıq” » Cenub.az - Regional Qazet

Qrant Baqratyan 

Bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan yerli mediaya açıqlamasında söyləyib (Axar.az). Onun sözlərinə görə, Paşinyan hakimiyyəti “Qarabağı Azərbaycanın üzərinə atmaq istəyir”, bu isə o deməkdir ki, Qarabağdakı ermənilər heç muxtariyyət statusu da almayacaqlar.

“Azərbaycan qanunvericiliyinin tətbiqindən sonra qaçqınların qayıdışına başlanılacaq, azərbaycanlılar Qarabağa qayıdacaqlar. Sonra azərbaycanlılar Ermənistana da yerləşməyə başlayacaqlar (Ermənistandan 1988-ci ildə qovulan azərbaycanlıların geri qaytarılmasına başlanılacağını nəzərdə tutur - red.), ancaq Bakı və Sumqayıtdan olan ermənilər geri qayıtmayacaq. Beləcə, problem (ermənilər üçün) daha da pisləşəcək”, - Baqratyan bildirib.

O, həmçinin Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını da istisna etməyib. “Türkiyə və Azərbaycan Qarabağ məsələsini qısa müddətdə həll etmək istəyir. Bu, Rusiyanın diqqətinin hazırda daha çox Ukraynaya yönəlməsi ilə bağlıdır”, - deyə keçmiş baş nazir vurğulayıb.

Baqratyana görə, Rusiyada Ermənistanla bağlı “təhrif olunmuş rəy” (Ermənistanın Rusiyaya xəyanət etməsi - red.) formalaşıb və Ermənistana qarşı təkcə Dövlət Dumasının bəzi deputatları deyil, o cümlədən XİN, hətta prezident Putinin mətbuat katibi də mənfi fikirdədir.

*****

Təbii ki, belə rəylərə görə müstəsna olaraq, “iki stul” siyasəti aparan Paşinyan iqtidarı, lap elə erməni cəmiyyətinin özü günahkardır. Təsadüfi deyil ki, az öncə Ermənistanda keçirilən rəy sorğusundan aydın olmuşdu ki, daha ermənilər xilaskarları Rusiyaya (33%) yox, Fransaya  (43%) rəğbət bəsləyir, onu dost ölkə sayırlar.        

Sorğudan söz düşmüşkən, bu arada dünyanın ən aşağı xoşbəxtlik indeksinə malik top-10 ölkəsi sırasında Ermənistanın da yer aldığı məlum olub. “Yeni Müsavat” xəbər verir ki, “Gallup International” bunu Müstəqil Araşdırma Agentlikləri Beynəlxalq Assosiasiyası və “Romir” tədqiqat holdinqinin keçirdiyi sorğunun məlumatları sübut edir.

Qeyd edək ki, xoşbəxtlik indeksi xoşbəxt və bədbəxt həyat arasındakı fərqdir. Bu göstəriciyə görə Ermənistan (+ 20 pp.) İraq (17), Honq-Konq (11), Əfqanıstan (9) və Qananı (2) qabaqlayaraq yeddinci yerdə qərarlaşıb. Belə ki, sorğunun gedişində Ermənistan sakinlərinin 42%-i öz həyatlarından “nə razı, nə də narazı” olduğunu, 14%-i narazı, 5%-i isə çox narazı olduğunu bildirib. Ermənistan vətəndaşlarının 30%-i öz həyatlarından razı, 9%-i isə çox razıdır. Azərbaycan isə ilk 5 xoşbəxt ölkə sırasında yer alıb.

Xatırladaq ki, Ermənistanda yoxsulluğun səviyyəsi rəsmən 35%-dir. Qeyri-rəsmi hesablamalara görə isə rəqəm 50-dir. Yəni Ermənistan vətəndaşlarının hər ikisindən biri kasıbdır. Kasıbçılıqdan, bədbəxtçilikdən qurtuluşun ən etibarlı “resepti”ni isə yuxarıda yazdıq. İrəvan hər şeydən öncə düşmənçiliyə və torpaq iddiasına son verib Bakının uzatdığı barışıq əlini sıxmalı, atdığı “xilas kəməri”ni götürüb öz tarixində yeni səhifə yazmağa başlamalıdır. Qərəzsiz, yalansız-filansız...
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam