Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Ermənistan üçün “təhlükəsizlik yastığı” -o, Qərbdə yox, Bakıdadır!..

İrəvanın yapışdığı son “saman çöpü” - Minsk Qrupu; kapitulyasiya sənədini sıfırlamaq istəyənlər yalnız yeni müharibəni yaxınlaşdırır; Paşinyanın öz xalqına ən böyük yaxşılığı o olardı ki... 

Yenixeber.org: Ermənistan 44 günlük müharibədəki kapitulyasiyadan sonra hələ də özünə gələ, yeganə düzgün seçimini edə bilməyib. Əsas səbəb ölkədəki revanşist və barışmaz qüvvələrin, həmçinin xaricdəki radikal erməni lobbisinin toplumu israrla qisasçı ovqata kökləməyə çalışmasıdır. Zaman isə gedir və hər ötən ay Ermənistanı bir az da böhran quyusunun dibinə aparır.

Təbii ki, mövcud duruma görə ən əvvəl hakimiyyət məsuliyyət daşıyır. Əfsus ki, dağıdıcı müharibədən sonra sərt reallıqlardan çıxış edib qabağa baxmaq, qonşu Azərbaycan və Türkiyə ilə barışıq yönündə səylər göstərmək əvəzinə, Nikol Paşinyan hökuməti də çox vaxt radikal müxalifət kimi populizmə yuvarlanır, öz xalqına mistik vədlər verir, ən yaxşı halda “nala-mıxa” vurur.

Dağlıq Qarabağ konfliktini hələ də bitməmiş saymaq, “artsax probleminin öz müqəddəratını təyinetmə əsasında” həllindən dəm vurmaq, ölkəmizin ərazi bütövlüyünü tanımaqdan inadla yayınmaq bu qəbildəndir. Azərbaycan isə onun suverenliyi və ərazi bütövlüyünü tanımayan bir ölkə ilə necə əməkdaşlıq içində ola bilər?

Cavab aydındır. Halbuki bu dəqiqə dərin siyasi-iqtisadi böhran yaşayan Ermənistanın yeganə “xilas kəməri” də, “təhlükəsizlik yastığı” da Qərbdə yox, məhz şərqdə - Azərbaycandadır! Paşinyan isə onu sadəlövhcəsinə ABŞ-da, Fransada axtarır, “saman çöpü”ndən yapışır - ATƏT-in Minsk Qrupu kimi faktiki tarixin arxivinə verilmiş mənasız qurumlara ümid bəsləyir.   

*****

“Dünya birliyi Qarabağ münaqişəsinin artıq həll olunduğunu düşünmür”.

“Yeni Müsavat”ın məlumatına görə, bu iddia ilə yenə Ermənistan hökumətinin son iclasında Nikol Paşinyan çıxış edib.

“Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Qarabağ probleminin uzunmüddətli siyasi həllinə ehtiyac olduğu barədə daha aktiv şəkildə danışırlar. Niyə bu vacibdir? Ona görə vacibdir ki, konfliktin artıq çözüldüyü barədə iddialar səslənir (rəsmi Bakını nəzərdə tutur - red.). Biz isə təsbit edə bilərik ki, beynəlxalq ictimaiyyət (əsasən ABŞ və Fransa nəzərdə tutulur - red.) bunun əksini iddia edir”, - deyə Paşinyan qeyd edib.

Paşinyan: Azerbaycan ile yeni belgeyi imzalamaya hazırım - Sputnik Türkiye

Paşinyan Ermənistan hökumətinin məsələni həll etmək üçün tam qərarlı olduğunu da bildirib: “Hökumətlər ölkə üçün dinc inkişaf dövrünü təmin etməlidir. Ermənistan və erməni xalqı üçün yeni, dinc inkişaf erası açmaq naminə bütün bu çətin, ağrılı, problemli məsələlərin həllinə ehtiyac var. Bu, asan bir iş deyil, son dərəcə çətin işdir və bunun üçün siyasi iradə, cəmiyyətlə açıq, dürüst dialoq lazımdır və biz bu yolu tutacağıq. Bəli, biz Qarabağ məsələsinin həllinə getməliyik”, - deyə o, vurğulayıb.

Məsələ də elə dürüst dialoq yolu tutmaq, öz xalqı ilə açıq və səmimi olub onu inkişaf yoluna çıxarmaqdır. Bundan ötrü Qarabağ konfliktinin də, Minsk Qrupunun da tarixə qovuşduğu ilə barışmaq, erməni xalqına bunu aşılamaq lazımdır, nəinki müharibə öncəsi gərəksiz ritorikaya qayıtmaq, boş xülyalarla, revanş hissləri ilə yaşayıb qızıl kimi vaxtı itirmək. Paşinyanln öz xalqına ən böyük yaxşılığı elə bu olardı... 

*****

“Biz Ermənistan da daxil olmaqla Cənubi Qafqaz ölkələri ilə sərbəst ticarətə hazırıq. Lakin bundan ötrü Azərbaycan və Ermənistan arasında sərhədlərin qarşılıqlı tanınması lazımdır. Öz tərəfimizdən Ermənistanın sərhədlərini tanımağa hazırıq. Ancaq Ermənistan da Azərbaycanın sərhədlərini tanımalıdır, o cümlədən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalıdır”.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Bunu Prezident İlham Əliyev srağagün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində deyib.

“Dağlıq Qarabağ münaqişəsi bitib və həll edilib. Biz gələcəyə baxmalıyıq. 30 illik işğala və azad edilmiş torpaqlarda böyük miqyaslı dağıntılara və xarabalıqlara baxmayaraq, Azərbaycan gələcəyə baxmağa, inteqrasiya olunmuş Cənubi Qafqazın bir hissəsi kimi ortaq gələcəyi planlaşdırmağa hazırdır” - İlham Əliyev söyləyib.

“Çünki biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq, yenidən birlikdə yaşamağı öyrənməliyik. Bu, asan deyil, emosiyalar var. Xüsusilə Azərbaycan vətəndaşları bu torpaqları ziyarət edəndə və dağıntıların miqyasını görəndə onların duyğularını təsəvvür edə bilərsiniz. Ancaq siyasətçilərin rolu öz gündəmlərini müdafiə etmək, bölgədə sabit inkişafa, sülhə və rifaha nail ola biləcəyimizi izah etməkdir”. Bunu da Azərbaycanın dövlət başçısı bildirib.

İlham Əliyev onu da deyib ki, Ermənistanda son 6 ayda siyasi böhran, erməni cəmiyyətində böyük inamsızlıq yaşanır və qarşılıqlı ittihamlar var. “Bəzi siyasətçilərin ritorikası isə qəbuledilməzdir”, - deyə o vurğulayıb.

*****

Başqa nə cür deyilsin, barışıq əli necə uzadılsın? Top çoxdan Ermənistanın meydanındadır. Elə öz taleləri də ermənilərin öz əllərindədir. Ermənistan isə keçmişindən heç cür qopa, əməkdaşlıq və inkişaf yolu tuta bilmir. Ona görə ki, prioritetlər yenə düzgün sıralanmayıb, obrazlı ifadə eləsək, yenə də “at arabanın arxasına qoşulub”. “Qarabağ yükü”nü həmişəlik yerə atmaq əvəzinə, hələ də həmsədrlik institutuna, ABŞ-a, Fransaya boş ümidlər bəsləyir.

ABŞ və Fransa isə Ermənistanın yox, öz maraqlarının hayındadır. Kapitulyasiya sənədini sıfırlamaq istəyənlər böyük sülhü yox, yalnız yeni müharibəni yaxınlaşdıra bilərlər...

*****

“ATƏT-in Minsk Qrupunun böhranı göz qabağındadır, çünki o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işləyə bilmədi. Lakin bu qurumu canlandırmaq cəhdləri olacaq”.

Sergey Markov: “Bəlkə zəngin erməni diasporu raketləri hansısa Rusiya  bazasından alıblar?”

Sergey Markov

 

Bunu tanınmış rusiyalı politoloq Sergey Markov “İnterfax-Azərbaycan”a deyib.

Onun sözlərinə görə, Qarabağa dair əldə olunmuş razılaşmaların dəstəklənməsi barədə Minsk Qrupu üzvlərinin ara-sıra passiv bəyanatları eşidilir: “Fransa və ABŞ-ın isə həmin razılaşmaları pozmaq üçün gizli və yarı- açıq səylərini müşahidə edirik. Fransa və ABŞ rəhbərliyi erməni lobbisinin böyük təsiri altındadır və bir çox cəhətdən ermənipərəst mövqe sərgiləyir. Buna görə də onlar 10 noyabr razılaşmasını Ermənistanın xeyrinə çevirmək istəyirlər. Bundan əlavə, həm ABŞ, həm də Fransaya məsələdə Rusiyanın aktiv rol oynaması əsla xoş deyil. Onlar Moskvanın rolunu hər yerdə, o cümlədən Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində azaltmağa çalışırlar”.

Markov Minsk Qrupunda rəsmi Parisin destruktiv roluna məxsusi toxunub: “Bu rolu diplomatik sabotaj sayıram. Hesab edirəm ki, Azərbaycanın Fransanı həmsədrlikdən çıxarmaq təklifi tamamilə ədalətlidir. Ümumiyyətlə, Minsk Qrupunun tam heyətdə toplaşıb yeni həmsədrlər seçməsi fikri ağıllı və əsaslıdır. Əgər həmsədrlər arasında Fransa varsa, Türkiyə də olmalıdır. Azərbaycanın birbaşa müttəfiqi olaraq Türkiyə həmsədrlikdə yoxdursa, o zaman məntiqlə Ermənistanın birbaşa müttəfiqi olan Fransa da orada olmamaladır”.

Bu baxımdan politoloq Azərbaycanı, Ermənistanı, Gürcüstanı və bölgə ətrafındakı 3 böyük dövləti - Rusiya, Türkiyə və İranı əhatə edəcək altıtərəfli formatın qurulmasını vacib sayır. “Bu, çox perspektivlidir. Üstəlik də bu ölkələrin hamısının həm geniş xarici siyasət, həm də iqtisadi əməkdaşlıq qurmaqla bağlı ortaq marağı var”, - deyə o əlavə edib.

Lakin bu gün ortaq maraqların real məzmun almasına ən ciddi əngəl öz qonşularının ərazi bütövlüyünü israrla tanımaq istəməyən Ermənistan olaraq qalır...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam