Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

BRÜSSEL GÜNDƏLİYİ –Rəsmi Bakı Avropa İttifaqı və NATO-ya hansı mesajları çatdıracaq?

Avropa İttifaqı başda olmaqla, bir çox Qərb strukturları Azərbaycana münasibətdə zaman-zaman ikili standartlara yol versələr də, son illər ölkəmizin əldə etdiyi hərbi-siyasi və diplomatik uğurlar bu qurumlarla Azərbaycanın münasibətlərində müəyyən müsbət meyllərin yaranmasına səbəb olub. Və belə görünür ki, nəticə etibarilə bu mərkəzlər Azərbaycanla hesablaşmağın, onunla təzyiq, güc deyil, əməkdaşlıq və tərəfdaşlıq dilində danışmağın daha məqsədəuyğun olduğunu qəbul etməyə başlayıblar...

Yenixeber.org: Xəbər verildiyi kimi, bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş gözlənilir. Görüş 15 dekabrda keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti ərəfəsində baş tutacaq. Şarl Mişel əvvəlcə Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüş keçirəcək. Axşam isə üçtərəfli görüş baş tutacaq. Həmçinin, sabah iki ölkə başçısı arasında 44 günlük müharibədən sonra ilk təkbətək görüş keçiriləcək.

Əlbəttə ki, Brüsseldə Ermənistan tərəfilə keçiriləcək bu görüşlərdən müəyyən müsbət gözləntilər var. Lakin bu təmasların regionumuzda mövcud olan durum və danışıqlar prosesi üçün həlledici xarakter daşıdığını söyləmək doğru olmazdı. Buna baxmayaraq, ölkə başçısının Brüsselə səfəri və gözlənilən görüşləri ölkəmizin ədalətli mövqeyinin, hərbi-siyasi, iqtisadi, diplomatik və s. potensialının bir daha məlum dairələrin nəzərinə çatdırılmasında əhəmiyyətli rol oynaya bilər.

Digər yandan, başa çatmaq üzrə olan il ərzində rəsmi Bakı ilə Aİ Şurasının Prezidenti Şarl Mişel arasında kifayət qədər isti, qarşılıqlı anlayışa və hörmətə əsaslanan dialoq formalaşıb. Xatırladaq ki, iyulun 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Şarl Mişelin geniş tərkibdə görüşü olub. Həmin görüşün səmimi atmosferdə keçdiyi nəzərdən qaçmadı və tərəflərin görüşdən sonrakı çıxışları da bunu təsdiqlədi. Nəticədə Şarl Mişel İrəvanda Qarabağa dair hansısa “status” məsələsindən söz açsa da, Bakıda bunu təkrarlamadı. Azərbaycan Prezidenti də öz növbəsində Avropa ilə əməkdaşlıq, tərəfdaşlıq prinsiplərinə sadiq qaldığımızı bəyan etdi. Prezident qeyd etdi ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, hələ də masa üzərində qalan məsələlərin əksəriyyəti həll edilə və bölgədə geniş regional əməkdaşlığın təməli qoyula bilər: “Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq”.

  

Brüssel səfərinin daha bir əhəmiyyətli tərəfi səfər çərçivəsində NATO rəhbərliyi ilə nəzərdə tutulan görüşlərdir. Belə ki, İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə ayrıca görüşü baş tutacaq. Prezidentin həmçinin, NATO-nun siyasi qərarlarının qəbul olunduğu əsas orqanı olan “North Atlantic Council”-də çıxışı gözlənilir. Bu, Azərbaycanın hərbi-siyasi mövqeyinin, regiona gələcək baxışının ifadə olunması üçün olduqca əhəmiyyətli və mötəbər platformadır. Onu da unutmayaq ki, Azərbaycanın NATO ilə 1994-cü ildən başlayan əməkdaşlıq tarixi var. Bu əməkdaşlıq həmin il Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə başlayıb. Bu müddət ərzində NATO-nun baş katibləri Azərbaycana 3 dəfə səfər edib. Prezident İlham Əliyev isə NATO-nun 7 Zirvə görüşündə iştirak edib. Ən əsası isə, NATO hər zaman Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verib.

Həmçinin, Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atıb. Türkiyə modelli ordu quruculuğu da Azərbaycan Silahlı Qüvvələrinin NATO istiqamətinə yön alan inkişafının göstəricisi sayıla bilər. Və 44 günlük müharibədə Azərbaycan Ordusunun nümayiş etdirdiyi hərbi-taktiki gedişlər, əməliyyatlar bir daha bu yolun üstünlüyünü ortaya qoydu...

Eləcə də, 2002-ci ildən başlayaraq, Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyalarında fəal iştirakını qeyd etmək lazımdır. 2021-ci ilin avqustuna qədər Azərbaycan NATO-nun Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasında iştirak edib və 120 Azərbaycan hərbçisi Kabilin beynəlxalq hava limanında sona qədər xidmət göstərərək, hava limanında təhlükəsizliyin təmin olunmasına və əhalinin təhlükəsiz təxliyəsinin təşkil edilməsinə böyük töhfə verib. Və buna görə Yens Stoltenberq bu ilin avqust ayında Azərbaycana təşəkkürünü ifadə edib.

Bir sözlə, Brüsseldə Azərbaycanla Qərb arasındakı dialoq iki əsas xətt – Avropa İttifaqı və NATO ilə əlaqələr üzrə reallaşdırılacaq.

Məlum məsələdir ki, Avropa bu görüşlərin və müzakirələrin təşkili ilə Cənubi Qafqaz regionunda varlığını göstərməyə çalışır. Azərbaycanın istəyi isə bu fəaliyyətlərin ölkəmizin milli maraqlarına uyğunlaşmasıdır. Azərbaycan tərəfinin “qırmızı xətləri” məlumdur və bu xətləri keçmədən Avropa ilə və ümumilikdə Qərblə əməkdaşlığın, dialoqun ölkəmizə yalnız faydası ola bilər.(azpolitika) 

C.Məmmədov 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam