Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şarl Mişel Avropa İttifaqı Şurasının yeni prezidentidir- FOTO

Bir qədər əvvəl yayılmış məlumata görə, Avropa Komissiyasının yeni sədri Almaniyanın keçmiş müdafiə naziri Ursula fon der Lyayen olacaq.

Yenixeber.org: Sonradan Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə namizəd də müəyyən edilib.

Azərtac xəbər verir ki, Aİ üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammitində Avropa İttifaqı Şurasının növbəti prezidenti vəzifəsinə Belçikanın Baş Naziri Şarl Mişelin namizədliyi barədə razılıq əldə edilib. Şarl Mişel bu vəzifədə Donald Tusku əvəz edəcək. Tusk “Twitter” şəbəkəsindəki mikrobloqunda yazır: “Avropa Şurası Avropa İttifaqı Şurasının yeni prezidenti vəzifəsinə Şarl Mişeli seçib”.

Xatırladaq ki, Aİ üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iyunun 20-21-də Brüsseldə keçirilmiş sammitində Avropa Parlamentinə seçkilərdən sonra Aİ təsisatlarında ali vəzifələri tutacaq namizədlər barəsində razılığa gəlmək mümkün olmayıb. Bununla bərabər, Aİ liderləri arasında Avropa Komissiyasının yeni prezidenti vəzifəsinə namizəd barəsində fikir ayrılıqları yaranıb və Tusk Aİ ölkələrinin liderləri ilə ikitərəfli görüşlər keçirmək üçün sammiti yarımçıq dayandırıb.

Görünür, vəziyyətdən çıxış yolu tapılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam