Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ERMƏNİSTAN MOSKVA GÖRÜŞÜNDƏN QAÇDI -Diplomatik müstəvidəki gərginlik təmas xəttinə sıçradı

Ötən həftə Soçidə keçirilmiş Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün yekunlarına dair imzalanmış bəyanatın qısa müddətdə icrasına start veriləcəyi bəyan olunsa da bu, gözləntilər özünü doğrultmayıb.

Yenixeber.org: Xatırladaq ki, qəbul edilən razılaşmaların üçtərəfli işçi qrupunun Moskvada keçirəcəyi görüşdən sonra açıqlanacağı bildirilmişdi. Tərəflər regional kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsinə dair razılığa gəlindiyini bəyan ediblər.

Amma dekabrın 1-də baş tutan toplantı yarımçıq qalıb, nümayəndələr Bakıya və İrəvana dönüblər. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bildirib ki, görüşdə razılaşmaları formalaşdırmaq mümkün olmayıb. Təhlükəsizlik Şurasının rəhbəri faktiki olaraq Bakını Moskva görüşünü pozmaqda ittiham edib. O, yaxın zamanlarda işçi qrupun daha bir görüşünün keçiriləcəyini bildirib, Bakıdan isə, həmişəki kimi, hər hansı açıqlama verilməyib.

 

 

Dünən isə “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyası Baş nazir Paşinyanın və müdafiə naziri Suren Papikyanın iştirakı ilə toplantı keçirib. Erməni mediasının yaydığı xəbərə görə, iclasda Bakı ilə imzalanacaq növbəti sənədin hazırlanması barədə müzakirələr aparılıb.

Toplantıda çıxış edən baş nazir Nikol Paşinyan bir sıra məsələlərlə bağlı birgə qərarlar qəbul etməyin vacibliyini qeyd edib: “Bu qərarlar Baş nazirin müavini Mqer Qriqoryan tərəfindən yaxın zamanda keçiriləcək üçtərəfli işçi qrupun kommunikasiyaların açılması ilə bağlı müzakirələr aparan komissiyasına təqdim ediləcək”. Üçtərəfli sənədi Mqer Qriqoryanın və müdafiə naziri Suren Papikyanın imzalayacağı nəzərdə tutulub.

Dekabrın 2-də isə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Stokholmda görüşəcəyi barədə məlumat yayılsa da, bu görüş də təxirə salınıb. Əvəzində ATƏT-in xarici işlər nazirlərinin toplantısında nazirlər qarşılıqlı ittihamlar səsləndiriblər.

Dekabrın 3-də isə Xocavənddə Azərbaycan Ordusununun mövqelərinə hücum qeydə alınıb. Müdafiə Nazirliyinin məlumatına görə, bir erməni Azərbaycan hərbçisinin silahını əlindən almağa cəhd edərkən zərərsizləşdirilib. Xankəndindəki qondarma qurumdan isə bildirilib ki, bir erməni əsilli şəxs Azərbaycan tərəfindən əsir götürülüb. Ermənistanın xarici işlər naziri isə Azərbayacanı yeni əsirlər götürməyə cəhddə ittiham edib.

 

 

Beləliklə, diplomatik müstəvidə baş verən gərginlik dərhal qoşunların təmas xəttinə də yansıyıb. Müşahidəçilər əvvəldən də bildirirdilər ki, əgər Ermənistan 10 noyabr və 11 yanvar bəyanatları ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, sərhəddə və Qarabağ ətrafında hərbi toqquşmalar yenidən başlaya bilər. Çünki Azərbaycan sərhədlərin dəqiqləşdirilməsini və kommunikasiyaların açılmasını tələb edir. Hər iki məsələ Rusiyanın vasitəçiliyi ilə imzalanan bütün sənədlərdə, habelə Soçi bəyannaməsində əksini tapıb.

Azərbaycan və Rusiya Paşinyanın üzləşdiyi daxili situasiyanı nəzərə alaraq Soçidə əldə olunan razılaşmaları elan etməyiblər. Bu iş dərhal görüş vaxtı Moskvaya təyin olunan işçi qrupuna həvalə olunub. Ermənistanın Təhlükəszilik Şurasının katibi isə bu görüşü yarımçıq tərk edib. İndi Paşinyan komandası yenidən toplaşıb işçi qrupa təqdim edəcəyi sənədi müzakirə edib. Bu sənədin nədən ibarət olduğu, Azərbaycan tərəfindən qəbul edilib-edilməyəcəyi məlum deyil. Əgər Ermənistan rəhbərliyi növbəti dəfə kompromislərdən boyun qaçırsa, bu dəfə dəqiqləşdirilməyən sərhədlərdə ona verilən dərsin miqyası daha geniş və ağrılı olacaq... "AzPolitika.info"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam