Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarabağ üzrə -İşçi Qrupun Moskva görüşündə müzakirə ediləcək məsələlər açıqlanıb

Qarabağ üzrə İşçi Qrupun Moskva görüşündə müzakirə ediləcək məsələlər açıqlanıb

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan oktyabrın 20-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli İşçi Qrupun iclasında müzakirə olunacaq məsələləri açıqlayıb.

Yenixeber.org: O, regiondakı bütün kommunikasiya xətlərinin açılmasının Ermənistan üçün prioritet olduğunu bildirib.

M.Qriqoryan deyib ki, Ermənistan regiondakı kommunikasiyaların blokadadan çıxarılması çərçivəsində dəmir yolunun açılması ilə bağlı müəyyən fikirlərə malikdir: "Toplantıda avtomobil yollarının açılması məsələsini də müzakirə etməliyik”.

Qeyd edək ki, Moskva görüşündə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökümət başçısının müavini Aleksey Overçuk və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2021 -ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam