Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“ERMƏNİSTANIN REALLIQLA BARIŞMAQDAN BAŞQA ÇARƏSİ QALMADI” –“Putin dəfələrlə “dəhliz” ifadəsini işlətdi”

“Soçidə Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin üçtərəfli görüşünün nəticələri regionumuzda davamlı və möhkəm sülhün bərqərar olacağına ümidləri artırır. Bu görüş Azərbaycan diplomatiyasının növbəti ciddi uğuru oldu”.

Yenixeber.org: Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov 26 noyabr Soçi görüşünün nəticələrini şərh edərkən bildirib.

Deputatın fikrincə, Azərbaycan tərəfinin bu görüşlə bağlı qarşıya qoyduğu məqsədlərə nail olunub: “Üçtərəfli görüşün yekununda imzalanmış bəyannamə tam şəkildə maraqlarımızı əks etdirir.

Əvvəla, diqqət edirsinizsə, sənəddə Ermənistan tərəfinin son bir ildə israrla gündəmə gətirmək istədiyi status məsələsi və Minsk Qrupunun yenidən dövriyyəyə girməsi haqda bir kəlmə də yoxdur. Ümumiyyətlə “Qarabağ” ifadəsi keçmir. Yalnız giriş hissəsində “dağlıq qarabağ zonasındakı konflikt” ifadəsi keçir ki, bu zaman da “dağlıq qarabağ” sözü kiçik hərflərlə yazılır. Bunun texniki xəta olduğunu düşünmək sadəlövhlük olardı. Bu o deməkdir ki, tərəflər “Dağlıq Qarabağ” adlı subyektin mövcud olmadığını qəbul edirlər. Necə ki, Prezident İlham Əliyev 44 günlük müharibədən sonra dəfələrlə vurğulayıb ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati subyekt mövcud deyil.

İkincisi, Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası mexanizmlərinin yaradılması barədə razılığa gəlib. Bu, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünün tanınması demək olacaq.

 

 

Üçüncüsü, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunub. Rusiya Prezidenti kommunikasiyalarla bağlı qərarların gələn həftə elan olunacağını bildirdi. Demək ki, Azərbaycan Naxçıvana dəmir yolu və avtomobil yolunun açılması məqsədinə də nail olub. Üstəlik, Rusiya Prezidentinin mətbuat konfransında dəfələrlə “dəhliz” ifadəsindən istifadə etməsi də çox əhəmiyyətli məqam kimi qeyd olunmalıdır”.

S.Qurbanovun fikrincə, Rusiya Prezidentinin görüşün açıq hissəsində Azərbaycan və Ermənistanın bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanımasının vacibliyi haqda bəyanatı da Azərbaycanın lehinə olan çox ciddi hadisə idi. “Azərbaycan beynəlxalq hüquqa hörmət bəsləyən dövlət kimi, Ermənistanın dünya birliyi tərəfindən tanınan sərhədləri daxilində ərazi bütövlüyünü tanımağa hazırdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, heç bir dövlətin ərazisinə iddia irəli sürmürük. Bu baxımdan, Rusiya Prezidentinin bu bəyanatı açıq şəkildə Ermənistana Azərbaycanın ərazi bütövlüyünü tanımaq çağırışı idi.

Qısası, Azərbaycan xalqı bir daha gördü və inanır ki, İlham Əliyevin əyləşdiyi istənilən masada Azərbaycanın diplomatik uğuru var.

Düşünürəm ki, Soçi görüşündən sonra Ermənistanın mövcud reallıqlarla barışmaqdan başqa çarəsi qalmadı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam