Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“VASİTƏÇİLƏR ÜÇÜN MÖVZULAR VAR...” –“İndi top onların meydanındadır”

"Minsk Qrupunun yenidən aktivləşməsini istəyən Qərb ölkələri və Ermənistan əvvəlcə Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatmış 44 günlük müharibənin regionda yaratdığı yeni reallıqları nəzərə almalıdırlar. Qarabağ münaqişəsi artıq başa çatıb, təbii ki, Azərbaycanın öz gücünə həll etdiyi problemi “dirildib” yenidən danışıqlar masasına qaytarmaq mümkün deyil. Bunu ölkə Prezidenti, cənab İlham Əliyev xarici telekanallara müsahibələrində dəqiq ifadə edib ki, artıq Azərbaycanın gündəmində belə bir məsələ yoxdur".

Yenixeber.org: Bunları Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Minsk Qrupunun yenidən aktivləşdirilməsi cəhdlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, vasitəçilər üçün mövzular var və onların əhəmiyyətli hissəsini Azərbaycan rəhbərliyi təklif edib: "Bura Azərbaycanla Ermənistan arasında mövcud problemlərin müxtəlif aspektləri daxil ola bilər. Məsələn, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməyib. Habelə, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda əksini tapan bir neçə müddəanın yerinə yetirilməsi baş verməyib. Kommunikasiyaların, o cümlədən, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini təmin edən Zəngəzur dəhlizinin açılması, erməni silahlı birləşmələrinin tamamilə ərazidən çıxarılması, nəqliyyat yollarının bərpası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının prosesə cəlb edilməsi vacibdir. Yaxşı olar ki, Minsk Qrupu regionda davamlı sabitliyin əsas təminatı olan bu məsələlərin həlli ilə bağlı təkliflər versin. Azərbaycanda artıq Dağlıq Qarabağ adlı bölgə yoxdur, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları var. Biz orada yaşayan erməniləri də öz vətəndaşlarımız sayırıq və bölgənin iqtisadi inkişafı üçün hər cür addımlar atmağa hazırıq".

Millət vəkili daha sonra bildirib ki, ABŞ rəsmilərinin, xüsusən Vaşinqtonun İrəvandakı təmsilçisinin ritorikası regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə xidmət etmir: "ABŞ diplomatları münaqişənin bitmədiyi, Qarabağın statusunun müəyyənləşməli olduğu haqda bəyanatlar verirlər. Bunlar çox təhlükəli çağırışlardır və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dolayısı ilə dəstək verməkdir. Hesab edirəm ki, vasitəçi ölkələr regionda sülhün, əməkdaşlığın bərqərar olmasına töhfələr vermək istəyirlərsə, ilk növbədə bu cür açıqlamalardan çəkinməlidirlər. Daha sonra hər iki ölkənin ərazi bütövlüyünə, suverenliyinə qarşılıqlı hörmət əsasında istənilən problemi müzakirə etmək olar. Prezident İlham Əliyev bu müzakirələrin dairəsini müəyyən edib, bundan sonra top onların meydanındadır". (AzPolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam