Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Bayden vədini yerinə yetirməlidir” -Saakaşvili ABŞ hökumətinə müraciət etdi

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Co Bayden administrasiyasına açıq məktub göndərərək, Gürcüstan hakimiyyətini qınamağa və Gürcüstanın demokratiyadan geri çəkilməsini dayandırmaq üçün Tbilisiyə təzyiq göstərməyə çağırıb.

Yenixeber.org: Xatırladaq ki, Saakaşvili bu ilin oktyabr ayından Gürcüstanda həbsdədir və 50 gündür həbsdə saxladığı aclıq aksiyasını bir gün əvvəl dayandırıb.

Saakaşvilinin məktubu Amerikanın “Politico” jurnalında dərc olunub. Sabiq Prezident yazıb ki, o, əvvəllər qiyabi məhkum olunduğu ittihamları siyasi motivli hesab edir. O, son illərdə hakim “Gürcü arzusu” partiyasının məhkəmə sistemi və bir çox dövlət və qeyri-dövlət mediası üzərində nəzarəti gücləndirdiyini, korrupsiyanın çiçəklənməsinə imkan verdiyini, seçkiləri manipulyasiya edərək ölkəni Putin Rusiyası ilə yaxınlaşmağa sövq etdiyini yazıb.

Saakaşvili hesab edir ki, Gürcüstanın hazırkı hakimiyyəti NATO üzvlüyünə doğru irəliləmək üçün istənilən praktiki səyləri dayandırıb. Saakaşvili xatırladıb ki, prezident olduğu müddətdə o vaxt ABŞ-ın vitse-prezidenti Baydenlə görüşüb və o, Gürcüstan demokratiyasına dəstək vəd edib. "Bu gün mən onun administrasiyasını ciddi təhlükə altında olan gənc demokratiyamıza dəstək vermək üçün üzərinə düşəni etməyə çağırıram" - deyə, keçmiş Prezident yazıb.

Onun təklif etdiyi tədbirlər arasında Gürcüstan hakimiyyətinin hərəkətlərinin ABŞ tərəfindən rəsmi şəkildə pislənməsi də var. Saakaşvili onun həbsxanada rəftarını qeyri-insani hesab edən Avropa Parlamentinin deputatlarına istinad edərək yazıb ki, ABŞ Konqresi Qlobal Maqnitski Aktına uyğun olaraq Gürcüstanda insan haqlarını pozanlara qarşı sanksiyaların tətbiqini də nəzərdən keçirməlidir.

Saakaşvili, həmçinin Bayden administrasiyasını dekabrda keçiriləcək dünya demokratiyalarının onlayn sammitində iştirak etmək üçün Gürcüstan hakimiyyətinə göndərdiyi dəvəti geri götürməyə çağırıb.

Rəsmi Vaşinqton indiyədək Saakaşvilinin həbsi və aclıq aksiyası ətrafında baş verənlərə təmkinlə reaksiya verib, rəsmi Tbilisini keçmiş Prezidentlə humanist rəftar etməyə, onun məhkəmədə ədalətli mühakimə olunmaq hüququnun qorunmasına çağrsa da, Gürcüstanı qınamaqdan çəkinib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam