Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Mixeil Saakaşvili erməni olmadığını sübut edib –Genetik testlə

“Müasir tarixdə Gürcüstanda etnik azlıqların yaşadığı müxtəlif bölgələrin inkişafı və inteqrasiyası üçün mənim hökumətimdən çox iş görən olmayıb”.

Yenixeber.org: Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün “facebook” səhifəsində yazıb.

O, etnik azərbaycanlı və ermənilər arasında lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyasına dayanıqlı dəstəyin olmasını belə izah edib: “Ötən seçkilər sübut etdi ki, etnik azlıqlar bizi dəstəkləyir. Bu halda mənim genetik testimin əhəmiyyəti yoxdur. Mən bir neçə dəfə təkrar etmişəm ki, ermənilərə nifrət edənlər üçün erməni, azərbaycanlılara nifrət edənlər üçün isə azərbaycanlıyam. Yəhudilərə nifrət edənlərə qarşı yəhudi olacağam və eyni zamanda, hamıdan daha çox gürcü olmaqda davam edəcəyəm”.

M.Saakaşvili qeyd edib ki, hakimiyyətdə olduğu illərdə etnik azlıqlar üçün çox işlər görülüb: “Buna görə də qədir bilən xalq, böyük təzyiqə baxmayaraq, bizə səs verib”.

Sabiq dövlət başçısı həmçinin ABŞ-da genetik testdən keçdiyini də yazıb: “Test göstərdi ki, mən təxminən 99 faiz gürcü, 1 faiz isə yunanam. Məndə bir damcı olsun belə, qeyri-gürcü qanı yoxdur. Mən əlbəttə ki, bütün qonşularımıza hörmət edirəm, Gürcüstanın istənilən etnik mənsubiyyətə sahib vətənpərvərlərini sevirəm. İndi məni digər etnosa aid edənlər qoy genetik testdən keçsinlər”.

Qeyd edək ki, M.Saakaşvilinin Gürcüstanın prezidenti olduğu illərdə bəzi ictimaiyyət nümayəndələri və siyasətçilər onun erməni olması ilə bağlı iddialar səsləndiriblər.

Daha əvvəl Mixeil Saakaşvili bildirib ki, Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam