Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Çeçenistan yenidən müstəqilliyi qismən tanınmış ölkə oldu-ŞƏRH

 
Yenixeber.org: Talibanın Əfqanistanda hakimiyyəti ələ keçirməsi və Əfqansitan İslam Əmirliyini bərpa etdiyini elan etməsi ilə Çeçenistan müstəqilliyi yenidən qismən tanınmış oldu. Taliban birnci hakimiyyəti dövründə, 2000-ci ildə Çeçenistanın müstəqilliyini tanımışdı. Çeçenistanın müstəqilliyinin Əfqansitan tərəfindən tanınması qərarı o zaman Talibanın ali lideri olan Molla Məhəmməd Ömər tərəfindən şəxsən qəbul olunmuşdu. Bununla da Çeçenistan müstəqilliyi qismən tanınmış ölkəyə çevrilmişdi.
ABŞ-ın 2001-ci ildə Talibanı hakimiyyətdən devirməsi və Əfqansitan İslam Əmirliyinin əvəzində Əfqanistan İslam Respublikasının qurulmasına nail olması Çeçenistanın müstəqilliyinin qismən tanınması faktını aradan qaldırmışdı.
İndi isə Taliban yenidən hakimiyyətə gəlib və Əfqanistan İslam Əmirliyin bərpa edib. Bununla da Çeçenistan müstəqilliyinin qismən tanınması da bərpa olub. Talibanın indiki rəhbərliyinin hərəkatın banisi Molla Məhəmməd Ömərin Çeçenistanın müstəqilliyinin tanınmması ilə bağlı qərarın ləğv edəcəyi mümkün görünmür.
Abxaziya və Cənubi Osetiyanın Nikaraqua və Nauru kimi ölkələr tərəfindən tanınmasını əlində bayraq edərək bu separatçı bölgələri müstəqilliyi qismən tanınmış ölkə kimi təqdim edən Moskva Çeçenistanın da müstəqilliyinin qismən tanınmış ölkəyə çevrilməsi məsələsinin üzərindən sükutla keçir.
ABŞ-ın Əfqanistandan çəkilməsini və Talibanın hakimiyyəti təkrar ələ keçirməsini Vaşinqtonun hərbi-siyasi məğlubiyyəti kimi təqdim edən və bundan böyük sevinc hissi keçirən Moskva Kabulda baş verən hakimiyyət dəyişikliyindən sonra Çeçenistanın da müstəqilliyinin qismən tanınmış ölkəyə çevrildiyini hələ anlamayıb. Və yaxud da ABŞ-a nifrət o qədər güclüdür ki, Talibanın Rusiyanın ərazi bütövlüyünü tanımaması və Çeçenitsnaın müstəqilliyini tanınması ikinci dərəcəli məsələ kimi qəbul olunur.
Əks halda Rusiya Xarici İşlər Nazirliyi Rusiya Ali Məhkəməsinin qərarı ilə terrorçu təşkilat kimi tanınan Taliban hərəkatının Əfqanistanın əyalətlərini ələ keçirməsini müsbət hadisə kimi dəyərləndirməzdi.
Xaqani Cəfərli, politoloq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam