Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Radikal hərəkat ölkəyə yeni ad verdi: -“Əfqanıstan İslam Əmirliyi“

 

"Taliban" hərəkatı ölkəni rəsmi olaraq "Əfqanıstan İslam Əmirliyi" elan edib.

Yenixeber.org: "The Hill" xəbər verir ki, qrup paytaxt Kabili ələ keçirdikdən və mövcud Əfqanıstan hökumətini devirdikdən bir neçə gün sonra ölkədə hökmranlığını möhkəmləndirib.

"Taliban" sözçüsü Zəbihullah Mücahid ölkənin yeni loqotipinin fotosunu bir tvitlə paylaşıb.

Tvitdə "Əfqanıstan İslam Əmirliyi" sözləri qeyd olunub.

"Əfqanıstan İslam Əmirliyi" 2001-ci il 11 sentyabr terror hücumlarından sonra üsyançı qrupun ABŞ-ın rəhbərlik etdiyi qüvvələr tərəfindən qovulmasından əvvəl, 1996-2001-ci illərdə "Taliban" hakimiyyəti altında olan ölkənin adı idi.

O zaman Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan da daxil olmaqla, yalnız bir neçə dövlət "Əmirliyi" tanımışdı.

Zəbiullah Mücahid "Əfqanıstan İslam Əmirliyi"nin bütün ölkələrlə daha yaxşı diplomatik və ticarət əlaqələrinin olmasını istədiyini açıqlayıb.

Radikal hərəkat ölkəyə yeni ad verdi: “Əfqanıstan İslam Əmirliyi“

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam