Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Prezident -21 yaşlı qızını yüksək vəzifəyə təyin etdi

Prezident 21 yaşlı qızını yüksək vəzifəyə təyin etdi

Ramzan Kadırovun qızı Ayşat Kadırova Çeçenistan Mədəniyyət nazirinin birinci müavini olub.

Yenixeber.org: Bunu regionun başçısı özü elan edib. "Ayşat Kadırova Çeçenistan Respublikası  Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edildi",- deyə R.Kadırov Telegram kanalında yazıb.

Çeçenistan başçısının sözlərinə görə, Kadırova ən mürəkkəb layihələrə rəhbərlik təcrübəsinə malikdir. O qeyd edib ki, Ayşat kolleksiyaları bir çox ölkələrdə qiymətləndirilən, çeçen adət-ənənələrini bütün dünyaya nümayiş etdirən Modalar evinə rəhbərlik edib.

Respublika rəhbəri Ayşat Kadırovanın Çeçenistan Filarmoniyasının inkişafına töhfə verdiyini də əlavə edib. Bildirib ki, o bu ilin mart ayında "Çeçenistan Respublikasına xidmətlərinə görə" medalı ilə təltif edilib.

"Xüsusilə son zamanlarda Ayşat tədqiqatlarını daha çox mədəniyyət sahəsinə həsr edib, bu istiqamətdə tanınmış və aparıcı mütəxəssislərlə fəal şəkildə əməkdaşlıq edib və onlarla əlaqə qurub",-deyə R.Kadırov vurğulayıb.

Respublikanın rəhbəri onu da qeyd edib ki, bu təyinatla bağlı qərar Çeçenistanın Mədəniyyət naziri Xoj-Baudi Daayevin təşəbbüsü əsasında verilib.

Qeyd edək ki, Ayşat Kadırovanın 21 yaşı var. O, Çeçenistan Dövlət Universitetində İqtisadiyyat təhsili alıb. Bundan əlavə, xanım Kadırova Qurani-Kərim hafizidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam