Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

TALİBANI İDARƏ EDƏN 6 ŞƏXS... - Dünya onlardan danışır +FOTOLAR

ABŞ-ın Əfqanıstandan çəkiləcəyi ilə bağlı açıqlamadan sonra hakimiyyəti daha da genişləndirən Taliban ölkədəki nəzarəti təkrar ələ keçirdi.

Yenixeber.org: Bəs bütün dünyada addımları diqqətlə izlənilən Talibanı kimlər idarə edir?

 Talibanı 26 nəfərlik Liderlik Şurası idarə edir.

Amma onlardan 6-sı daha çox diqqəti cəlb edir.

Onlar haqqında məlumatı təqdim edirik:

MOLLA HİBETULLAH AXUNDZADƏ

25 may 2016-cı ildə Taliban liderliyinə seçilib. Hazırda 60 yaşındadır və Talibanın əsas adamlarından biridir. Harada olduğu isə bilinmir.

MOLLA ƏBDÜLQANİ BİRADER

1968-ci ildə anadan olub. Talibanın 4 qurucusundan biridir. Siyasi məsələlər üzrə əsas şəxsdir.

2019-cu ilin yanvar ayından etibarən Qətərin Doha şəhərindəki Taliban ofisinin rəhbəridir. 2020-ci ilin mart ayında ABŞ prezidenti Donald Trampla telefonla danışaraq bir ilki gerçəkləşdirib.

MOLLA ƏBDÜL HAKİM Danışıq qrupunun rəhbəridir. Taliban lideri Axundzadənin ən etibarlı adamlarından biridir. 2014-cü ildə ABŞ-ın Quantanamo həbsxanasından sərbəst buraxılıb.

ŞİR MUHAMMƏD ABBAS STANİKZAL 2015-ci ildə Talibanın Dohadakı siyasi ofisinin rəhbəri olub. Danışıq qrupunun rəhbəri Molla Əbdül Hakimin müavini təyin edilib.

MOLLA MUHAMMƏD YAQUB Talibanın qurucusu olan Molla Ömərin oğludur. 31 yaşındadır və Əfqanıstanda Talibanın hərbi əməliyyatlarına rəhbərlik edir.

SİRACƏDDİN HAKKANİ Taliban qruplaşmasının mühüm tərkib hissəsi olan Haqqani Qrupunun lideridir. Haqqani Qrupu, Pakistan-Əfqanıstan sərhədi boyunca Talibanın iqtisadi və hərbi işlərini idarə edir. Qrup Əfqanıstanda baş verən ən böyük partlayışlardan bəzilərində günahlandırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam