Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Ermənistan sülhməramlı təşəbbüsdən imtina edib -Moskvada planlaşdırılan görüşü baş tutmadı

Lakin məlum olub ki, görüşün baş tutmasına sayılı günlər qalmış Ermənistan bu sülhməramlı təşəbbüsdən imtina edib. Rusiya xarici işlər nazirinin Ermənistanın bu hərəkətinə reaksiyası məlum deyil, Strasburq da susur.

Hansı ki, Moskvada iki ölkədən olan yaradıcı ziyalılar iki xalqın gələcək birgəyaşayışının modelini axtaracaqdılar. Axı ikinci Qarabağ müharibəsi başa çatsa da regionda yekun sülh əldə edilməyib, xalqlar arasında sülhün necə qurulacağı indi başlıca mövzudur. Ermənistanda isə davamlı olaraq bu məsələni müzakirə etməkdən yayınırdılar.

Xalq diplomatiyası Qarabağ məsələsində əslində yenilik deyil. Belə təşəbbüslər həm 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonrakı illərdə, həm daha sonra-2000-ci illərin əvvəllərində irəli sürülüb və həyata keçirilib. Amma gözlənilən nəticəni verməyib və daha sonra ümumiyyətlə dayandırılıb.

90-cı illərin sonlarından başlayaraq Azərbaycan və Ermənistan siyasətçiləri regionun gələcəyinə, münaqişənin həlli yollarına və xalqlar arasında sülhün təmin edilməsinə dair qızğın debatlar, müzakirələr aparırdılar. Müxtəlif konfranslar, seminarlar keçirilirdi, qarşılıqlı səfərlər təşkil olunurdu. Amma sonradan, 2000-ci illərin əvvəllərindən etibarən Ermənistanın danışıqlar prosesini dalana sürükləməsi, bütün fəaliyyətini status-kvonun saxlanılmasına yönəltməsi sonda xalq diplomatiyası təşəbbüslərini də boğdu.

Bütün bunlar müharibəni qaçılmaz etdi və Azərbaycan ötən ilin payızında başlayan müharibəni qələbə ilə yekunlaşdıraraq işğal edilmiş torpaqlarını geri qaytardı. Ermənistan təslim oldu və belə hesab olunurdu ki, nəhayət münaqişənin birdəfəlik tarixə keçməsi, regionda davamlı sülhün əldə olunması üçün real şans yaranıb. Bu sülhü təmin etmək üçün xalq diplomatiyası elementlərinin yenidən gündəmə gəlməsi də qaçılmaz idi. Amma göründüyü kimi, Ermənistan bu təşəbbüsləri geri çevirir. Doğrudanmı erməni tərəfi revanş və yeni müharibə barədə xəyallar qurur?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam