Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Aİ-də XƏRİTƏ QALMAQALI böyüyür -Bunu qəbul etsələr, bölgədə QARŞIDURMALAR OLACAQ

Aİ-də XƏRİTƏ QALMAQALI böyüyür: Bunu qəbul etsələr, bölgədə QARŞIDURMALAR OLACAQ

Sloveniya Baş naziri Yanez Yanşa tərəfindən Avropa İttifaqına təqdim olunan "Bosniya və Herseqovinanın sərhədlərinin yenidən çəkilməsi" adlı təklif sənədi bölgədəki ölkələrin əsas gündəmində çevrilib.

Yenixeber.org: Aİ-nin bu təkliflə bağlı susqunluğunu qoruduğunu qeyd edən mütəxəssislər Sloveniyanın İttifaqa təqdim etdiyi təklifin qəbul ediləcəyi təqdirdə bölgədə qarşıdurma yarana biləcəyini deyiblər.

Avropa İttifqaı Bosniya və Herseqovinanın gündəmindəki mövzuda susqunluğunu davam etdirərkən, Albaniya Baş naziri Edi Rama və Serbiya Prezidenti Aleksandar Vuçiçin verdiyi açıqlamalar bölgədəki bir çox siyasətçi və vətəndaşın düşüncəsində suallar doğurub.

Mövzu ilə əlaqədar qiymətləndirmə aparan siyasi analitik Hamdi Fırat Büyük Yanşanın göndərdiyi məktubun rəsmi bir sənəd keyfiyyətinə sahib olmadığını vurğulayıb:

"Sloveniya Baş nazirinin Avropa İttifaqına göndərdiyi məktub rəsmi xüsusiyyətləri olmayan və təklif olan sənəddir. Sərhədlərin yenidən çəkilməsi və bütün bölgəni Aİ-ə götürmək yolu ilə Balkanlardakı etnik problemlərin həllinə və Bosniya daxilində Serb Republikasını yaratma planını özündə ehtiva edən sənəddir. Bu, Serbiya və xorvatların sıx məskunlaşdığı cənubdakı Herseqovina bölgəsi olan Mostarı da əhatə edəcək. Sənədə əsasən, Kosovodakı serblərin Serbiyaya birləşməsi və Kosovo və Makedoniyanın albanların çoxluq təşkil etdiyi bölgələrin birləşməsi ilə Böyük Albaniya qurulacaq. Bölgədəki etnik problemlərin böyük Serbiya və Albaniya qurularaq həll ediləcəyi güman edilir".

Bölgədəki ölkələrin siyasətçiləri və siyasi analitiklərinin təklif qəbul edildiyi təqdirdə qarşıdurmaların baş verəcəyi ilə bağlı açıqlamalar verdiyini bildirən H.F.Büyük vurğulayıb:

"Digər Balkan ölkələrindəki siyasətçilər, xüsusilə də Kosovo, Şimali Makedoniya və Monteneqrodan olan mütəxəssislər belə deyir. Bildirilir ki, bu vəziyyət bölgədə yeni qarşıdurmalara səbəb olacaq. Belə bir açıqlama da Albaniya Baş naziri Edi Rama tərəfindən edilib".

Qeyd edək ki, bu yaxınlarda Sloveniya Baş naziri Yanez Yanşa Bosniya və Herseqovinanın sərhədlərinin dəyişdirilməsini təklif edən məktubu Avropa İttifaqına təqdim edib. Aİ hələ ki, bununla bağlı rəsmi açıqlama verməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam