Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Bu, İlham Əliyevin yüksək nüfuzunun göstəricisidir"

Bu, İlham Əliyevin yüksək nüfuzunun göstəricisidir

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi sessiyası keçirilməsi ölkəmizin dünya ölkələri arasında qazandığı xüsusi hörmətin, Prezident İlham Əliyevin yüksək nüfuzunun, eyni zamanda Azərbaycanın bu qurumda və bölgədə aktiv rolunun göstəricisidir”.

Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bu gün bütün dünya koronavirus pandemiyasından əziyyət çəkir:

“Dünyada indiyə qədər 1 milyondan çox insan COVID-19-dan həyatını itirib, milyonlarla insan isə bu xəstəlikdən əziyyət çəkir. Pandemiyanın artıq 1 ilə yaxın davam etməsinə baxmayaraq, dünyanın bu günə qədər qarşılaşdığı bəşəri bəla olan COVID-19-la bağlı planetin ən böyük təşkilatı BMT bu mövzuda dünya dövlətlərinin bir araya gəldiyi belə genişmiqyaslı tədbir keçirməmişdi. Hesab edirəm ki, dünyanın qarşılaşdığı bu ağır durumda məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası tarixi əhəmiyyət daşıyır. Bu xüsusi sessiyanın əsas məqsədlərindən harada yaşamasından asılı olmayaraq, bütün insanların COVID-19-a qarşı vaksinin əldə edilməsi üçün bağlı bərabər hüquqa malik olmasının təmin edilməsidir”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxışında bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürülür və bu istiqamətlərdə əməli işlər görülür. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianənin ayrılması və 30-dan artıq dövlətə humanitar yardımın göstərilməsi məhz bu qlobal həmrəyliyin nümunəsi kimi dəyərləndirilməlidir. Məhz Prezident İlham Əliyevin qətiyyətli, önləyici və qabaqlayıcı tədbirləri nəticəsində koronavirusa qarşı mübarizədə Azərbaycan uğur qazanıb. Bu da dünya və Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlət başçısının çağırışı ilə vətəndaşlar, sahibkarlar, təşkilatlar səfərbər olunub, ehtiyacı olan insanlar yardımlarla təmin edilir. Dövlət tərəfindən sosial yardımlarla əlaqədar milyardlarla manat vəsait ayrılıb. Eyni zamanda Heydər Əliyev Fondu da bu istiqamətdə humanist təşəbbüslərlə çıxış edir, insanların ehtiyacları təmin olunur”.

C.Osmanov qeyd edib ki, Prezident İlham Əliyev xüsusi sessiyada Qoşulmama Hərəkatının sədri kimi çıxışında pandemiyanın təsirindən formalaşmış qlobal problemləri və həll yollarını göstərib:

“Azərbaycan Prezidenti COVID-19 pandemiyasının fəsadları ilə bağlı Qoşulmama Hərəkatının narahatlığını ifadə edib. Pandemiyanın bütün ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirdiyini, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırdığını, pandemiyanın ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurduğunu diqqətə çatdırıb. Bütövlükdə, 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib və bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirib, insanların yaşayışına sarsıdıcı təsir göstərib. Dövlətimizin başçısı problemləri açıqlamaqla bu qlobal böhrandan çıxmağın yollarını da göstərib və qeyd edib ki, beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər. Hesab edirəm ki, xüsusi sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı mübarizəyə tam səfərbər olmasına şərait yaradacaq və bu ümumi təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam