Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Təcavüzkarı cəzalandırmağın tək yolu: -haqlı olmaq yetərli deyil!..

İşğalçı ilə onun öz dilində danışmaq zamanı; hərbi əməliyyatlar düşmənin qeyd-şərtsiz kapitulyasiyasınadək davam etməlidir; rusiyalı analitik: “Azərbaycanın işğal olunmuş əraziləri azad etmək hüququ var...”

Yenixeber.org: 2020-ci ilin 9 ayı Qarabağ üçün genişmiqyaslı döyüş əməliyyatları fonunda ötüb keçdi. Hansı əməliyyatlar ki, erməni işğalçı silahlı qüvvələrinə ciddi hərbi zərbələrin vurulması ilə yadda qalmaqdadır. Rəşadətli ordumuz bir sıra yaşayış məntəqələrimizi və strateji əhəmiyyətli yüksəklikləri, o sırada Murovdağ silsiləsini azad edib. Təcavüzkara qarşı ən sərt cəza əməliyyatları və torpaqlarımızın hərbi yolla azad olunması davam edir.

Qarabağ məsələsi ətrafında vəziyyətin bu cür inkişaf edəcəyi, səbri tükənən Azərbaycanın işğalçıya qarşı radikal tədbirlərə əl atacağı barədə zaman-zaman istər yerli analitiklər, istərsə də əcnəbi siyasi və hərbi təhlilçilər tərəfindən xəbərdarlıqlar edilməkdə idi. Xüsusi olaraq vurğulanırdı ki, rəsmi İrəvanın münaqişə ilə bağlı tutduğu maksimalist, heç bir beynəlxalq normaya və əndazəyə sığmayan təxribatçı mövqeyi, həyasız və absurd tələbləri, habelə verdiyi qızışdırıcı bəyanatlar dinc nizamlama üçün hər hansı perspektiv saxlamır, sülh danışıqlarını faktiki mənasız edir.

*****

Bu üzdən də atəşkəsin süni surətdə uzanmasından təngə gələn Azərbaycan ona saxlanılan yeganə üsula - hərbi varianta əl atmalı oldu. Hərçənd Azərbaycan antiterror əməliyyatını sırf beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həyata keçirir, amma yenə də bəzi dairələr tərəfindən “balanslı”, yəni özündə hər iki tərəfə eyni gözlə baxmağı ehtiva edən açıqlamalar verilməkdədir. Fransa kimi ermənipərəst dövlətlər isə işğalçıya qahmar çıxmaqdan belə çəkinmir, hətta son hərbi toqquşmada qardaş Türkiyəni suçlamağa belə qalxır.  

Məntiqi sual yaranır: Azərbaycanın başlatdığı antiterror əməliyyatına hansı beynəlxalq etiraz ola bilər, əgər bu gün rəşadətli əsgərimiz əslində elə BMT-nin 30 ildir görməli olduğu işi görür, BMT Təhlükəsizlik Şurasının kağız üstündə qalan 4 qətnaməsini onun əvəzindən reallaşdırmaqla məşğuldursa?

Məsələ də ondadır ki, bu gün silahlı qüvvələrimiz aparıcı güclərin, özəlliklə Rusiyanın, Qərbin illərdir cəzalandırmalı olduğu, lakin cəza vermək istəmədiyi işğalçı Ermənistana öz yerini göstərməkdədir. Yad evə soxulmuş cani-qulduru qovmaqdan savab iş nə ola bilər ki? Di gəl, buna görə Azərbaycana minnətdar olmaq əvəzinə, görün ermənilərin havadarları bizdən nə istəyirlər- yenə danışıqlar masasına qayıtmaq! Zatən, 26 ildir orada deyildik ki?   

Viza qalmaqalı: Rusiya ABŞ-da deyil, BMT Baş Assambleyasının iclasının  keçirilməsini təklif edir - ForumDaily

Beynəlxalq hüquq üzrə ekspertlərdən birinin haqlı qeyd elədiyi kimi, BMT Nizamnaməsində yalnız mübahisəli məsələlərin dinc həlli vacibliyi vurğulanıb, münaqişəli məsələlərin və ya “müharibə” vəziyyətlərinin yox. Yəni ortada mübahisə yox, münaqişə, müharibə, işğal var. O halda işğalçı ilə hansı müzakirələrdən söhbət gedə, onun nazı ilə daha necə on il oynamaq olar? Tutaq ki, SSRİ Almaniya ilə müharibə bitməmiş sülh danışıqlarımı aparıb? Təcavüzkarla yalnız onun başa düşdüyü dildə danışmaq olar - qeyd-şərtsiz kapitulyasiya edənədək.

Bunu BMT Nizamnaməsinin 41 və 51-ci bəndləri də diktə edir. Həmin bəndlərdə işğala məruz qalan ölkənin öz ərazi bütövlüyünü bərpa eləmək uçun istənilən üsula, o cümlədən fərdi və ya kollektiv şəkildə müdafiə olunmaq hüququ təsbit edilib. Beynəlxalq sənədlərdə işğalçı ölkənin başını tumarlamağın zəruriliyi barədə heç bir norma, müddəa yoxdur, ola bilməz. O zaman nədən vasitəçilər Qarabağ konfliktinin (daha dəqiqi, işğal probleminin) hərbi yolla həllinin mümkün olmadığını durmadan bəyan edirlər?

Daha bir haqlı sual yaranır: görəsən, Rusiya, ABŞ və ya Fransa onun beynəlxalq səviyyədə tanınan torpaqlarının bir hissəsini işğal edən, orada etnik təmizləmə aparan və üstəgəl işğalı legitimləşdirmək üçün ərazinin demoqrafik mənzərəsini süni şəkildə dəyişib ora öz əhalisini köçürən, zəbt edilən torpaqlarda yeni infrastruktur quran işğalçı ilə on illərlə danışıq apararmı? Xeyr. Elə isə özlərinə rəva bilmədiklərini niyə bizə rəva görürlər?

Tamazyanın ölümü hərbi xidmətlə əlaqəlidir: Ermənistan MN yalan məlumat  yayıb

İş də ondadır ki, cəmi 2 milyon yarım əhalisi olan kasıb Ermənistan böyük güclərin gizli-açıq himayəsinə güvənmədən qonşu dövlətin - iqtisadi-hərbi qüdrəti, insani resursu ondan dəfələrlə böyük olan 10 milyonluq Azərbaycanın 20% torpaqlarını illərdir işğal altında saxlaya bilməzdi. Bu ədadlətsizliyə nəhayət ki, son vermənin zamanı gəlməli idi və gəldi.

Odur ki, ermənilər üçün ağlaşan bəzi havadarların tələsinə düşməməli, Ermənistanın torpaqlarımızı alver predmetinə çevirən bəhanəsini bu dəfə həmişəlik kəsməliyik. Düşmənin dünyaya təqdim elədiyi Dağlıq Qarabağ ətrafındakı üzdəniraq “təhlükəsizlik zolağı”nı darmadağın etməyi nəzərdə tuturuq. Yəni 7 rayondan ən azı 5-ni, lap elə hamısını işğaldan azad etməliyik. O zaman Dağlıq Qarabağa girməyə heç bir lüzum olmayacaq və münaqişənin dinc, ədalətli həllinə cəmi bircə addım qalacaq.

İndi bu yolu kim hərb variantı sayırsa, bu, onun öz problemidir. Biz beynəlxalq hüquqdan gələn vəzifəmizi, işimizi yerinə yetirməliyik. Qısası, Qarabağ ixtilafının hərbi yolla həlli tam mümkündür və hətta yeganə yoldur. Hansı işi ki, indi rəşadətli ordumuz görür. Hələ gecikib.

*****

“Azərbaycanın işğal olunmuş əraziləri azad etmək hüququ var, 7 rayonun işğaldan qurtulması vəziyyətdən çıxış yolu ola bilər”.

Bu barədə rusiyalı tanınmış publisist və ekspert Maksim Şevçenko “Youtube” da yayımlanan açıqlamasında deyib.

Maksim Şevçenko: "Qarabağ münaqişəsi Aİ-nin vasitəçiliyi ilə həll  olunmalıdır"

“Hazırda Ermənistanla Azərbaycan arasında əsl müharibə gedir, Azərbaycan qoşunları ərazilərin dərinliyinə doğru irəliləyir” - deyə o qeyd edib və bu məqama diqqət çəkib ki, döyüşlər indi Ermənistan ərazisində deyil, 90-cı illərin əvvəllərində erməni qoşunları tərəfindən işğal olunmuş və Azərbaycanın azad etməyə çalışdığı ərazilərdə aparılır: “Azərbaycan onları uzun müddət sülh yolu ilə azad etməyə çalışdı”.

Rusiyalı analitik daha sonra Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin vaxtilə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyana ermənilərin Qarabağ ətrafındakı rayonları boşaltmaq, əvəzində Dağlıq Qarabağın statusunu müzakirə etmək və Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətləri bərpa etmək təklifi etdiyini xatırladıb, xüsusən də onun qaz kəmərini Ermənistan ərazisindən keçirmək təklifi verdiyini yada salaraq deyib: “Lakin bu plana o zaman - 90-cı illərdə Rusiya xarici işlər naziri Sergey Kozırevlə birlikdə Yeltsin Moskvası əngəl oldu. Beləcə, demokratlar və liberallar da lazım gələndə xalqları bir-birinə qarşı qoyaraq, ən dəhşətli imperialistlər rolunda çıxış edirlər”.

*****

Bir daha yada salaq ki, Ter-Petrosyan 1998-ci ildə, Ermənistan postunda ikən Qarabağ probleminin mərhələli həllinə razılıq vermişdi. Həmin plana əsasən, Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilir, sərhədlər və kommunikasiyalar açılır, bölgənin yekun statusu isə sonrakı mərhələyə saxlanılırdı. O vaxt Ermənistanın 1-ci prezidenti onu da demişdi ki, “Əgər bu gün bizə təklif olunanı götürməsək, sabah yalvaracağıq, çünki Azərbaycan güclənəcək”.

Həmin gün gəldi. Azərbaycan gerçəkdən də gücləndi, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars strateji əhəmiyyətli dəmir yolu - hamısı Ermənistandan yan keçdi, tezliklə (oktyabrda) ondan yan keçən və Azərbaycanı Qərbə daha möhkəm bağlayan daha bir strateji qaz xətti - Cənub Qaz Dəhlizi işə düşəcək. Ermənistan isə hələ də qaldığı yerdədir, özlərinin etiraf elədikləri kimi, “tullantı” ölkəyə çevrilib. Bu azmış kimi, Nikol Paşinyanın avantürası öz xalqını yeni bir fəlakətə tuş edib. Azərbaycan Ordusu işğalçıya layiqli cavabını verir. Bu cəza tədbirləri şübhəsiz ki, davamlı olacaq və işğal faktı bitənədək davam edəcək.

Beləcə, bir daha qənaət hasil olur ki, təcavüzkarı cəzalandırmağın tək yolu ona anladığı dildə cavab verməkdir. Yəni silah dili. Əfsus ki, XXI əsrdə, bunca nüfuzlu beynəlxalq təşkilatların mövcud olduğu zamanda da haqlı olmaq yetərli deyil. Həm də güclü olmalısan...

(Müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam