Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

PUTİNİN BELARUS PLANI... -Moskva yumşaq anneksiyanı hədəf qoyub

Belarusda Aleksandr Lukaçenko rejiminə qarşı kütləvi etirazlar qərb liderlərini Rusiyanın bütün bunlara necə reaksiya verəcəyi haqda düşündürür. “Foreign Affairs” dərgisində Maykl Karpenter və Vlad Kobets yaıblar ki, zorakı müdaxilə Rusiya Prezidenti Vladimir Putinin xarakterinə yad deyil. Amma Putin Belarusda belə bir hərəkətə üstünlük vermir.

Axı, Kreml Gürcüstan və Ukraynada əraziləri tutandan sonra bu ölkələrdə Rusiya işğalına qarşı dərin izlər buraxdı, xalqın Avroatlantik inteqrasiyaya dəstəyi gücləndi, özəlliklə də gənc gürcüstanlılar və ukraynalılar arasında. Müəlliflərin fikrincə, Moskva artıq bu tendensiyanı heç bir dezinformasiya ilə önləməyin mümkün olmadığını anlayır.

“Bu səbəbdən Putinin ağlında Belarus üçün başqa bir plan var. Belarus torpağına ‘balaca yaşıl adamlar’ yerləşdirməkdənsə, Moskva yumşaq anneksiyanı qarşısına hədəf qoyub. Strategiya "qurbağanı yavaş-yavaş qaynatmaq"dır, iqtisadi inteqrasiya və vahid valyuta ilə başlamaq, daha sonra vahid xarici və müdafiə siyasəti ilə siyasi inteqyasiya etmək, Belarusun Rusiyaya de-fakto birləşməsi demək olan hərtərəfli Vahid Dövlət qurmaq”, – məqalədə deyilir.

Müəlliflər qeyd edirlər ki, Kreml məqsədinə çatmaq üçün Lukaşenkanın, azı indilik, hakimiyyətdə qalmasını istəyir. Rusiyanın federal təhlükəsizlik xidməti FSB-nin müşavirləri Belarus liderinə etiraz hərəkatını kütləvi repressiyalar vasitəsilə yatırmaq üçün məsləhət verir. Müxalifət liderləri konkret təhdidlərlə üzləşirlər – məsələn, deyilir ki, uşaqları onlardan alınacaq və uşaq evlərinə göndəriləcək.

“İndiyədək Moskvanın digər ölkələrdə alovandırdığı vətəndaş müharibəsi fəndi işə salınır, Rusiya siyasi texnoloqları etiraz hərəkatı arasında çatlar yaratmağa çalışırlar: şərqli və qərbli belarusluları, fəhlələrlə ziyalıları, katoliklərlə pravoslavları qarşı-qarşıya qoyurlar. Moskvadan göndərilən rusiyalı teleaparıcılar belarusluları inandırmağa çalışırlar ki, onların milli oyanışı xarici plandır, müxalifət liderləri isə xarici agentlərdir”, – məqalədə deyilir, amma belarusluların indiyədək bütün bu oyunlara getmədiyi bildirilir.

Müəlliflər qeyd edirlər ki, indi Moskva və Minskdən konstitusiyaya dəyişikliklər və yeni seçkilərlə bağlı mesajlar gəlir, amma Moskvanın şərtləri ilə. 

“Avropa Birliyinin, Birləşmiş Ştatların, qərb demokratiyalarının liderləri səhnələşdirilmiş dialoqu legitimləşdirmək tələsinə düşməməlidirlər. Onlar Belarusun etiraz liderlərinin başlarının üstündən Kremllə danışığa getməməlidirlər”, – məqalədə vurğulanır.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov isə sentyabrın 9-da deyib ki, Belarus prezidentinin Moskvaya səfəri zamanı Belarusun Rusiyaya birləşdirilməsinə dair qərarın qəbul ediləcəyi barədə iddialar cəfəngiyyatdan başqa bir şey deyil. Peskov bildirib ki, Moskva görüşü zamanı mövcud Avrasiya İqtisadi İttifaqı, MDB və ittifaq dövləti müqaviləsi çərçivəsində inteqrasiya prosesləri müzakirə olunacaq. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam