Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“PUTİN İNDİ DƏ BELARUSU RUSİYAYA BİRLƏŞDİRİR” –Sensasiyalı iddia

“Putin üçün indi Belarus Krımdır”

“Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov Minskdən olan dinləyicinin Belarusun mümkün ilhaqı barədə sualına cavab verərkən cəsarətli proqnoz verib.

Yenixeber.org:  Rusiya mənbələri xəbər verir ki, Venediktov suala belə cavab verib: “Dövlət başçısı kimi Vladimir Putinin səlahiyyət müddətinin artırılmasının variantlarından biri kimi Belarus Respublikası ilə birləşmə, işğal, yaxud da ittifaq ola bilər. Bu, variantlardan biridir, başqaları da ola bilər”.

Aleksey Venediktov

Məşhur jurnalistin fikrincə, Rusiya hökuməti artıq qardaş ölkəni subsidiyalaşdıra bilmir və kompensasiya gözləyir: “Belarus nə ilə ödəniş edə bilər? Misal üçün, suverenliyi ilə. Bu mənada, əgər bu hər hansı formada baş tutarsa, məncə, 3-4 il ərzində vahid sahibi olan vahid dövlətin yaranması mümkündür. Baxın, 21-ci ildə bizdə Dövlət Dumasına seçkilərdir. Nəyə görə də həmin il vahid qaydalar üzrə artıq nümayəndə heyətləri ilə deyil, birbaşa seçkilərlə ittifaq dövlətinə seçkilər keçirilməsin? Vahid prezidentdən olmasa da, vahid parlamentdən başlamaq olar. Elə həmin 21-ci ildə”.

Birləşdikdən sonra Lukaşenko vitse-prezident, Təhlükəsizlik Şurasının sədri, yaxud da Krımda yaşayan təqaüdçü ola bilər. Bununla da Venediktov Belarus prezidentinin sonrakı taleyi haqda düşüncələrini dilə gətirib.

“Exo Moskvı”nın baş redaktoru güman edir ki, 2008-ci ildən başlayaraq “Vladimir Vladimiroviç birləşdirici roluna daxil olub” və indi onun üçün “Belarus Krımdır”.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam