Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Jirinovski Lukaşenkoya hakimiyyətdən getməyi məsləhət gördü

 

 Əsas sual: Liberal Demokrat Partiyasının lideri Kremlin mövqeyini dilə gətirir?

Yenixeber.org: Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Belarus prezidenti Aleksandr Lukaşenkoya çağırış edib.

74 yaşlı Jirinovski özünün siyasi fəaliyyətinin 50 illiyinə həsr olunmuş tədbirdə Belarusda baş verən hadisələrə münasibət bildirib. Jirinovski Lukaşenkoya məsləhət görüb ki, namizədliyini geri götürsün:

“Onun hakimiyyəti çox uzandı. Ayağının altına sərilən xalılar, fəxri qarovullar, təyyarələr, hamının baş əyməsi… Bu, ən qorxunc narkotikdir. Lukaşenko bundan ayrıla bilmir. Aleksandr Qriqoryeviç, ayrılın. Namizədliyinizi geri götürüb, gözəl seçki keçirin”.

  1. Jirinovskinin fikrincə, ən yaxşı variant Belarusun Krım kimi “doğma sahillər”ə qayıtmasıdır.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçiriləcək. 26 ildir prezident olan Aleksandr Lukaşenko altıncı dəfə bu vəzifəyə namizəddir.

Jirinovskinin sözləri hazırda Moskvada Lukaşenkoya olan baxışı anlamaq baxımından əhəmiyyətli sayıla bilər. Adətən belə qəbul olunur ki, Kreml açıq deyə bilmədiyi sözləri, açıq verə bilmədiyi mesajları ehtiyac duyanda bəzi şəxslərin dili ilə çatdırır. Belə şəxslərdən birinin də məhz Jirinovski olduğu bildirilir. Ola bilsin ki, bunlar şişirdilmiş və qeyri-real təsəvvürlərdir. Lakin Jirinovskinin fikirləri ən azı Duma və Kreml dəhlizlərindəki əhval-ruhiyyəni bilmək üçün müəyyən indikator hesab oluna bilər. O, formal baxımdan müxalifət lideri olsa da, “cib müxalifəti” kimi iqtidar çevrələrinə yaxınlığı kimsə üçün sirr deyil.

Belarusda Rusiyanın “Vaqner” özəl hərb şirkətinin 33 döyüşçüsünün həbsi və onlara terror ittihamının irəli sürülməsi son aylar soyuqluğun müşahidə edildiyi Rusiya-Belarus münasibətlərində növbəti problemə səbəb olub. Moskva bu ittihamları rədd edir. Münasibətlərdə soyuqluq isə A. Lukaşenkonun Rusiya-Belarus İttifaq Dövləti çərçivəsində daha dərin inteqrasiyaya getmək barədə Rusiyanın təklifini rədd etməsindən sonra başlayıb. Belə bir inteqrasiya dövlətlərüstü vahid idarəetmə orqanlarının, vahid emissiya mərkəzinin yaradılmasını ehtiya etdiyindən, bu, faktiki olaraq Belarusun öz müstəqilliyini itirməsi və Rusiyaya birləşməsi demək olardı. A. Lukaşenko “mən Belarus dövlətini öz əllərimlə məzara qoya bilmərəm” deyərək, bu cür inteqrasiyanı qəbul etməyəcəyini dəfələrlə vurğulayıb.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam