Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

BMT-nin baş katibi: "Ötən il silahlı münaqişələrin qurbanı olan uşaqların sayı tarixi rekord həddə çatıb"

2018-ci ildə silahlı münaqişələrin qurbanı olan və ya müxtəlif dərəcəli xəsarət alan uşaqların sayı tarixi rekord həddə çatıb.

 Yenixeber.org: Bunu BMT-nin baş katibi Antonio Quterreş ötən illə bağlı hesabatında bildirib. 

O vurğulayıb ki, münaqişələrin qurbanı olan və silahlı qarşıdurmalarda yaralanan uşaqların sayı bununla bağlı müşahidə mexanizmi yaradılandan sonra ilk dəfədir hesablanır.

Baş katib deyib ki, ötən il Əfqanıstanda 3 mindən çox yetkinlik yaşına çatmayan uşaq öldürülüb və ya münaqişələr nəticəsində yaralanıb. Suriyada öldürülən və ya yaralanan uşaqların sayı 1 900 nəfər, Yəməndə silahlı münaqişələrin qurbanı və ya onun nəticəsində yaralanan uşaqların sayı isə 1689 nəfər olub.

Münaqişə bölgələrində uşaqların cinsi təcavüzə məruz qalmaları ilə bağlı 933 fakt qeydə alınıb. 

Hesabatda qeyd edilib ki, 2018-ci ildə silahlı münaqişələr nəticəsində ən çox uşaq Somali və Nigeriyada ölüb. Ötən il dünyanın müxtəlif bölgələrində silahlı münaqişələr nəticəsində 2 500 uşaq itkin düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam