Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“DONMUŞ MUSİQİ”MİZİN ŞÖHRƏT OĞRUSU

 

Bu günlərdə dünya və Azərbaycan mediasının gündəmində olan əsas mövzulardan biri də Parisdəki Notr-Dam kilsəsinin yanmasıdır. Başa düşüləndir: Kilsə qədim memarlıq abidəsidir. Üstəgəl, təkcə Allahın Evi deyil, həm də məşhur bədii əsərin qəhrəmanları Kvazimodo və Esmeraldanın lal sevgisinin müqəddəsləşdiyi məkandır. 
Yenixeber.org: Notr-Damın pərəstişkarları hər yerdə, o cümlədən bizim ölkədə də çoxdur. YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın bu abidəni ziyarət etməsi də hamımızın yadındadır. Memarlığa “donmuş musiqi” də deyirlər. Elə Notr-Dam de Pari və digər “donmuş musiqi” əsərlərinə həssas münasibətinə verilən yüksək dəyərin ifadəsidir ki, Mehriban Əliyeva 2017-ci ildə Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib. O, eyni zamanda Azərbaycan memarlıq irsinin qorunub-saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə təltif olunub. Lakin, bu barədə yekdil qərarın qəbul edildiyi toplantıda Azərbaycanın Əməkdar memarı, Fövqəladə Hallar Nazirliyinin (FHN) “Azərdövlətlayihə” İnstitutunun direktoru Musəddin Namazov iştirak etməyibmiş. Baxmayaraq ki, təşəbbüs də ona əvvəldən bəlli imiş, dəvət də olunubmuş.
Ona görə iştirak etməyib ki, 2016-cı ildə şöhrət oğrusu olduğu üzə çıxandan sonra ümumiyyətlə, M.Namazovun Memarlar İttifaqının iclas və müşavirələrinə qatılmağa üzü yox imiş. Məsələ belə olub: Memarlar İttifaqının 11 iyun 2016-cı il tarixdə keçirilən plenumunda Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, tanınmış memar Xəlil Cəfərov plenum iştirakçılarına müraciət edərək aşağıdakı məlumatı bildirmişdi.
2007-ci ildə “Azərdövlətlayihə” institutunda müdir vəzifəsinə təyin olunduğu zaman, Xəlil Cəfərov institutun arxivlərində illərlə toplanmış sənədlərin tullanmaq təhlükəsinin qarşısını alaraq, bunlarla yaxından tanış olub, böyük dərəcədə milli memarlıq sənətinin tarixi üçün əhəmiyyət kəsb etdiyini başa düşərək bunlardan milli memarlıq irsini təmsil edən element və formalarından ibarət bir toplunun hazırlanması qərarına gəlmişdir. Bir neçə il müddətində toplu üzərində böyük tədqiqat işi aparılmış, hər elementin yenidən cizgiləri hazırlanmış, onların təsnifatı yazılmış, terminlər sözlüyü tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. Kitabın hazır olması ərəfəsində memar Elçin Əliyevin kitab çapında müəyyən təcrübəsi olduğu üçün ona yardım göstərmək məqsədilə müraciət edilmişdir. 2014-cü ildə “Azərdövlətlayihə” institutuna rəhbər vəzifəyə M.Namazov təyin edildikdən sonra bu işlər müvəqqəti dayandırılmışdır. Sonradan M.Namazovun kitabın nəşrinə maddi dəstək verməsi şərtilə onun adının müəllif Xəlil Cəfərovla birgə yazılması müzakirə olunmuş, lakin maliyyə çətinlikləri üzündən kitab çap olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə Azərbaycan Memarlar İttifaqı tərəfindən nəşr üçün hazırlanmış 25 adlı memarlıq mövzusunda azərbaycan, ingilis və rus dillərində 2013-cü ildə “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çap olunmuş kitabları görərək, müəllif Xəlil Cəfərov dərhal kitabın azərbaycan və ingilis dillərində maketini hazırlayıb Memarlar İttifaqına 2015-ci ildə təqdim etmiş və bunun növbəti kitab seriyasının siyahısına salınmasını xahiş etmişdir. Dəfələrlə M.Namazova və E.Əliyevə etdiyi müraciətlərə “vəsait yoxdur, iş dayanıb” cavablarını almışdır. Plenumdan az öncə kitabın Türkiyədə M.Namazov və E.Əliyevin müəllifliyi ilə, Xəlil Cəfərovun heç adı belə çəkilmədən çap olunması məlumatını almışdır ki, bu da onun hədsiz qəzəbinə və mənəviyyatına zərbə kimi qəbul etməsinə səbəb olmuşdur. Bunlar azmış kimi, “Azərdövlətlayihə” institutunun yubileyinə həsr edilmiş kataloqda Xəlil Cəfərovun müəllifliyi ilə inşa olunmuş binaların fotoları belə onun adı qeyd edilmədən göstərilmişdir. 
Plenumda bunları deyərək Xəlil Cəfərov həmkarlarından dəstək istəmiş və onun müəlliflik hüquqlarının qorunmasını xahiş etmişdi. Deyilənlər Plenum iştirakçıları tərəfindən hiddətlə qəbul edilmiş, plagiat, oğurluq və insaniyyətlik etikasına zidd olan hərəkət kimi qarşılanmışdı. Plenumda iştirak edən müəlliflərdən biri – Memarlar İttifaqının məsul Katibi Elçin Əliyev, Xəlil Cəfərovun məlumatının düzgünlüyünü təsdiqləmiş, lakin özünün və M.Namazovun müəllifliyi ilə çap olunmasını və əsl müəllif olan Xəlil Cəfərovun, kitabın hazırlanmasında iştirak etmiş mütəxəssislərin, hətta ingilis dilinə tərcüməçinın adlarının çəkilməməsi səbəbini M.Namazovdan öyrənməyi məsləhət görmüşdü. Bu kimi münasibətləri qəti yolverilməz sayaraq, konflikt tərəflərinin məsuliyyətlərinin dərəcəsini müəyyənləşdirmək üçün məsələnin diqqətlə araşdırılması və Memarlar İttifaqının Katibliyinin növbəti iclasında məlumat verilməsi Plenum tərəfindən Azərbaycan Memarlar İttifaqının Peşəkarlıq Etikası Kollegiyasına tapşırılmışdı…
Etibarlı mənbədən aldığımız məlumata görə, əslən Gürcüstanın Saqareço bələdiyyəsinin Düzəyrəm kəndindən olan M.Namazovun Gürcüstanın Marneuli rayonunun Gorarxı kəndində doğulmuş odioz MTN generalı Akif Çovdarovla möhkəm dostluq əlaqələri varmış. Məhz bu əlaqələrinə görə, Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbələrinin inzibati binalarının, xidməti yaşayış evlərinin, MTN-nin “Qanlı təpə” ərazisində 200 yerlik yataqxana binasının tikintisinin layihələndirilməsinə nəhəng pullar yazılıb və həmin vəsaitin əhəmiyyətli bir hissəsi M.Namazova çatıb. Mənbə onu da bildirir ki, institut direktoru olaraq həm də yaratdığı təsərrüfat hesablı müəssisəyə yönləndiridiyi maliyyə transferləri hesabına ələ keçirdiyi haram pullar hesabına M.Namazovun övladlarının hər ikisi İngiltərədə təhsil alıb. Məlumatda qeyd olunur ki, günlərin bir günündə Namazovun övladlarının adına Edinburqda, Nyukaslda kapitalı milyardlarla ölçülən şirkətlərin mövcudluğu üzə çıxsa, təəccüblənməyə dəyməz.

Hərçənd, o da bildirilir ki, son illərdə cərəyan edən hadisələr M.Namazovu olduqca mütəəssir etmiş, çalışdığı sahəyə nəzarət edən rəhbər vəzifələrdə Bakı klanının möhkəmlənməsindən məhrəm məclislərdə giley-güzar etməsinə səbəb olmuşdur. Onu pərişan edən əsas məsələ bir il əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin olunmuş cənab Samir Nuriyevlə və FHN – nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovla münasibətlərinin yaxşı olmamasıdır. Bildiyimiz kimi, daha əvvəl işlədiyi Mənzili İnşaatı Dövlət Agentliyində möhtərəm Prezidentimizin etimadını doğruldan Samir Nuriyev rəhbər vəzifəyə irəli çəkildiyi Şəhərsalma və Arxitektura Komitəsində də korrupsiya və maxinasiya hallarının kökünü kəsmişdir ki, bu da bəzi məmurlara sərf eləmir.

Pünhan Şükür


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam