Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fransa Notr-Damın bərpası üçün müsabiqə elan edir


Fransa hökuməti Parisin ən qədim abidələrindən biri - 856 illik tarixə malik məşhur Notr-Dam kilsəsinin yanan qülləsinin bərpası üçün beynəlxalq memarlıq müsabiqəsi elan edəcək.

Yenixeber.org: Məlumata görə, bu barədə Fransanın baş naziri Eduar Filip bəyan edib. 
“Yanaraq dağılmış qüllənin bərpası üçün memarlar arasında beynəlxalq müsabiqə təşkil ediləcək”, – deyə Filip hökumətin keçirdiyi iclasın yekununda gəlinən qərar barədə jurnalistlərə məlumat verib. 
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Notr-Dam kilsəsinin təmirini 5 il müddətinə başa çatdırmaq niyyətindədirlər. 
Qeyd edək ki, aprelin 15-də Notr-Dam kilsəsində güclü yanğın olub. İlkin məlumata əsasən, yanğın kilsədə aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib. Yanğın təxminən 9 saatdan sonra söndürülüb. Rəsmi şəxslər kilsənin təmiri üçün beynəlxalq yardım kampaniyası başladacaqlarını açıqlayıblar. Yanan kilsənin bərpası üçün yığılan ianələr artıq 1 milyard avronu keçib. (azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam