Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Burnuna görə 15 gündə 3 dəfə əməliyyat olundu,öldü

Səhiyyə Nazirliyi Bakıda burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı açıqlama verib.

Yenixeber.org: Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova hadisə özəl klinikada olduğuna görə, nazirliyə heç bir müraciət daxil olmayıb:

"Özəl xəstəxanalarda hər hansısa bir hadisə bizə müraciət olunduqda araşdırılır. Hələlik bu barədə bizə heç bir məlumat verilməyib. Həmin xəstəxanadan müraciət edilərsə, məsələ nazirlik tərəfindən araşdırılacaq".

S.Əhmədova qeyd edib ki, müraciət ölən şəxsin yaxınları və ya xəstəxanadan daxil olmalıdır.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.(Trend)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam