Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Burnuna görə intihar edənlər var– Cərrah

Burnuna görə intihar edənlər var

 

 

Burnuna edilmiş səhv əməliyyata görə, intihar edənlər var. Estetik edən həkim pasientin göstərdiyi şəklə əsasən əməliyyat edəndə nəticə belə olur

 

Yenixeber.org: Bu sözləri LOR, rinoplastika və üz estetik cərrahı kimi təcrübəsi olan Qəhrəman Qəhrəmanov Medicina.az-a müsahibəsində bildirib.

Q.Qəhrəmanovun sözlərinə görə, estetik cərrahiyyədən təsəvvürü olmayan həkim ona müraciət edən pasiyentin yalnız burunu düzəltməyi təklif edir:

Ancaq belə olmalı deyil. Pasiyentin ürəyincə olan görüntünü yarada bilmək üçün insanın çənəsi və yanaqları da əməliyyat edilən buruna uyğun olmalıdır. Üzünə yaraşmayan burun pasiyent üçün faciədir. Hətta elə pasiyent olub ki, əməliyyatdan sonra əsəbləri dözməyib, intihar barədə düşünüb.

Zaman indi burun cərrahiyyəsi ilə yanaşı üz estetikasını da tələb edir. Amerika, Avropa, Türkiyədə rinoplastik cərrah həm də peşəkar üz estetik cərrahıdır. Əgər bir insan burnundan narazı olub, rinoplastika əməliyyatına qərar verirsə və cərrah yanına gəlirsə, biz artıq onu ayrı yöndən dəyərləndiririk. Estetik cərrahiyyədən təsəvvürü olmayan həkim təbii ki, yalnız burunu düzəltməyi təklif edəcək. Bəzisi pasiyentin gətirdiyi şəkilə baxır, bəzisi də pasiyentin seçiminə buraxır ki, necə istəsəz elə də olacaq. Bunlar peşəkarlıqdan uzaq fikirlərdir. Ola bilər, ideal burun kəsilər, amma o burun insana yaraşmaz.

Eləsi var, yenə həkimlər gəzir, 2-3 dəfə əməliyyat olunub. Məsələn, bu gün gənc xanım gəlmişdi, burnu zövqsüzdür. Amma baxdıq ki, xanımın çənəsi proporsionallıqdan uzaqdır. Əməliyyat zamanı mütləq çənəyə də "əl gəzdirmək” lazımdır. Almacıq nahiyəsi də doldurulmalıdır. Biz xəstəni başa salırıq. Təbii ki, o razılaşdı. Mən ən yaxşı burunu düzəltsəm də, yaxşı görünməyəcək. Düzdür, biz qeyri-adi iş görmürük. Bu, dünya estetik cərrahiyyəsinin adi tələbləridir”.

Q.Qəhrmanov bildirib ki, həkimin kəsəcəyi burun insanın qaşına, almacıq sümüyünə, dodağına, alınına, çənəsinə uyğun olmalıdır:

“Baxın, gündə nə qədər burun əməliyyatı olunur. Nadir halda üzə yaraşan, təbii burun görərsiz. Baxırsan ki, qəşəng kiçik burundu, amma üzün heç bir parametrinə uyğun gəlmir. Axı Allah belə sima yaratmaz, bu, gözəllik deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam