Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Baş redaktor "Sirena Motors" MMC-ni məhkəməyə verdi -Şirkət məhkəmə qərarına əməl etmir

 

 

Son günlərdi ki, "Sirena" MMC-ylə baş redaktor Ramin Məhəmmədoğlu arasında məhkəməçəkişməsi gedir.

Yenixeber.org: "Sirena" MMC əsassız olaraq məhkəmədə iddia qaldıraraq şirkətlə R. Məhəmmədoğlu arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması tələbini irəli sürmüşdür. İddianın piredmenti isə, "Sirena"MMC baş redaktora satdığı həm avtomobili, həmdə 8500 manat pulun ondan alınıb geri qaytarılması tələbi idi.Hansı ki, R. Məhəmədoğlu avtomobilə görə müqaviləşərtlərinə əməl etmiş, üzərinə düşən öhdəliyi vaxtı-vaxtında yerinə yetirmişdir. Yəni avtomobilə görəmüqavilə şərtlərinə uyğun olaraq ödənişlərini tam olaraq yerinə yetirmiş, avtomobilə görə 23,561 manat pul ödənişini şirkətə ödəmişdir.

Lakin buna baxmayaraq "Sirena" MMC özü müqavilə şərtlərini pozaraq, baş redaktorun üzərinə əsassız olaraq əlavə 8500 manat pul öhdəliyi qoymuşdur. Bundan dolayı, şirkətlə Ramin Məhəmmədoğlu arasında mübahisə yaranımış, şirkət onu güya ki, müqavilə şərtlərinə əməl etmədiyiən görə məhkəməyə vermişdir. Baş redaktorla şirkət arasında yaranmış məhkəmə mübahisəsi ali məhkəməyə qədər çıxmışdır.

03.04.2019-cu il tarixdə Ali məhkəmənin Mülki Kollegiyasının hakimi Sənan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə "Sirena" MMC-nin iddiası Ramin Məhəmmədoğlunun xeyrinə ləğv olunmuşdur.

Məğlubiyyətini qəbul etməyən "Sirena" MMC adlı türk şirkəti və bu şirkətin qanuni nümayəndəsi Mehmet Çoşqun Azərbaycan Respublikasının Qanunlarına və məhkəmə qərarına sayğısız yanaşaraq avtomobilin idarə olunmasında və ona təmizlik sənədinin verilməsindən yayınmağı qanundan üstün tutmuşdur.

Məhz elə bundan dolayı bu dəfə da baş redaktor Ramin Məhəmmədoğlu "Sirena" MMC-nin müqaviləşərtlərinə əməl edilməsi və məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər müqavilənin mənəetibarnamə verilməsi hissəsində öhdəliklərinin icra olunması tələbinə dair məhkəməyə verib.

"Hesab edirəm ki, bu da "Sirena Motors" MMC-nin və Mehmet Çoşqunun növbəti bir məğlubiyyəti olacaq. Hərçəndki, məğlubiyyətlərini qəbul etməsələrdə. Mehmet Coşqun unutmamalıdır ki, Azərbaycanda şah qanun deyil, qanun şahdır.

Azərbaycanda sizin kimi, bir çox xarici şirkətlər fəaliyyət göstərə, biznes qurub pul qazana bilərlər. Ancaq unutmayın ki, bu ölkənin qanunlarına, məhkəmə qərarlarına sayğıyla yanaşmaq sizin borcunuzdur".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam