YAZDIĞIMIZ "FAKT"LARA GÖMRÜK KOMİTƏSİNİN CAVAB XATİRİNƏ "CAVAB"I
Yenixeber.org: Oxucularımıza təqdim etdyimiz 6 mart 2019-cu ul tarixli "Biləsuvar gömrüyündə özbaşınalıqlar davam edir" sərlövhəli məqaləyə bir ay sonra Dövlət Gömrük Komitəsindən reaksiya gəlib. Məqalədə göstərilən faktların araşdırılmasının təmin olunmasını xahiş etdyimiz 07 mart 2019-cu il tarixli məktubumuza Komitədən verilmiş cavab məktubu cavab xatirinə yazılıb və məqalədə göstərilmiş xüsusatlara izah vermir, yayındırıcı xarakter daşıyır.
Məsələn, biz yazmışdıq ki: "Biləsuvara gedəndə gömrükxanaya yaxınlaşanda avtomobilləri yolun üstündə şlaqbaum qarşılayır. Heç bir səbəb göstərmədən hərədən 1 manat pul yığırlar. Elə bil şlaqbaumun qaldırılma haqqıdır. Yığılan pullar hara gedir, kimin cibinə axır? - deyən yoxdur!"
Komitənin cavab məktubunda bu xüsusat belə "şərh" olunur: "Məqalədə Cənub Ərazi Gömrük İdarəsi "Biləsuvar" gömrük postuna yaxınlaşan avtonəqliyyat vasitələrini yolun üzərində şlaqbaumun qarşıladığı və heç bir səbəb göstərilmədən hər kəsdən 1 manat alındığı barədə göstərilənlərə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Gömrükj Komitəsi "Azərterminalkompleks" Birliyinin 15 oktyabr 2018-ci il tarixli 2300/057 nömrəli sərəncamına əsasən Cənub Ərazi Baş Gömrük İdarəsi "Biləsuvar" gömrük postunun yaxınlığında yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus ərazidə yaradılmış dayanacaqdan "Biləsuvar" gömrük postunadək olan 2 kilometr məsafəni vətəndaşların nəqliyyat vasitələri ilə daşınması ilə əlaqədar sərnişindaşıma xidməti yaradılmış və xidmət haqqı 1 (bir) manat müəyyən edilmişdir". - Maraqlıdır, deyilmi? Göründüyü kimi, bu "cavab"da (yaxud, cavabın bu hissəsində) hər kəsdən 1 manat alınması təkzib olunmur, hərçənd, səbəb göstərilir.Amma həməm məsafə 300 m dir.Yaxşı, bəs birdən kimsə həmin məsafəni piyada qət etmək istəsə necə olsun, o da pul verməlidir? Nəhayət, niyə bu xdmətin haqqı 50 qəpik deyil, məhz 1 manatdır? Bunu da Tarif Şurası müəyyən edib?
Yazmışdıq ki: "Fərqli olaraq, sərhədin İran tərəfində gömrükxanada heç bir bürokratik əngələ rast gəlməzsən. Müsafirləri üç-üç, beş-beş çox az sürən vacib prosedurlardan keçirib yola salırlar. Heç bir narazılıq, süni maneə olmur. Bizim tərəfdə isə gedəndə də, gələndə də süni şəkildə yaradılmış tıxacdan az qala cəhənnəm əzabı yaşayırsan".
Görün, Komitə bu məsələyə necə "aydınlıq" gətirir: "Məqalədə "Biləsuvar" gömrük postunda süni şəkildə tıxac yaradıldığı iddia edilsə də, konkret tarix göstərilmədiyindən, bu halla bağlı araşdırma aparmaq mümkün olmasa da, bildirmək istəyirik ki, bəzi vaxtlarda gömrük postunda növbə gömrük orqanı əməkdaşlarının hərəkətsizliyi nəticəsində deyil, gömrük sərhədini keçən şəxslərin sayının çox olması səbəbindən yaranır ki, həmin vaxtlarda da gömrük orqanı əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və nəticədə gömrük sərhədindən vətəndaşların normal keçidi təmin edilir" - Yalandır! Məqalə saytda yuxarlıda qeyd etdiyimiz kimi, 6 mart 2019-cu il tarixdə yerləşdirilib. Məqalədə isə vətəndaşın məntəqədə üzləşdiyi hadisənin "srağagün" baş verdiyi aydın yazılıb. Bütün ərazidə baş verənlər kamerada qeydə alınıb. Bundan əlavə, eyni hal demək olar hər gün təkrarlanır. Ən əsası isə, bizim gömrükçülər iranlı həmkarlarının eyni işin öhdəsindən necə məharətlə gəldiklərini öyrənmək istəmirlər.
"Cavab" məktubunda həmçini yazılıb: "Vətəndaşlardan birinin redaksiyanıza məlumat verərək, Cənub Ərazi Baş Gömrük İdarəsi "Biləsuvar" gömrük postunda 04 mart 2019-cu il tarixdə saat 21:00-dan saat 02:00-dək vaxt itirdiyi, yağışda islandığı, adamların soyunmağa məcbur edildiyi, üst-başlarının və geyimlərinin yoxlanılmaya məruz qoyulduğu, qanunvericiliklə gətirilməsinə icazə verilən malların gömrük sərhədindən buraxılmasına maneçilik törədildiyi, gətirilən malların gah oğurlandığı, gah itdiyi, gah da digər şəxslərə məxsus mallarla qarışıq düşdüyü, bu hallara etiraz edən 65 yaşlı Cəlilabad rayon sakininin gömrük orqanı əməkdaşının qeyri-qanuni rəftarına məruz qaldığı barədə məqalədə göstərilənlərlə əlaqədar bildiririk ki, bu hallarla qarşılaşan vətəndaşların kimliyi barədə məlumat verilmədiyinə görə Cənub Ərazi Baş Gömrük İdarəsi "Biləsuvar" gömrük postunda quraşdırılmış nəzarət kameraları vasitəsi ilə 04 mart 2019-cu il tarixdə qeydə alınan videoyazıya baxış keçirilmiş və gömrük orqanı əməkdaşları tərəfindən gömrük sərhədini keçən şəxslərə qarşı qeyri-qanuni hərəkətlərə yol verildiyi barədə məqalədə göstərilənlər öz təsdiqini tapmamışdır" - Buradan bəlli olur ki, əvvəla Komitə ən azından bəlli tarix olan 04 mart 2019-cu il tarixdə məntəqədə tıxacın yaranıb-yaranmadığını araşdırmayıb. İkincisi, videoyazıya baxış keçirməzdən əvvəl şikayətçi şəxsin (şəxslərin) kimliyini müəyyənləşdirməyə çalışmayıb, "baxış" şikayətçilərin və sayt əməkdaşlarının iştirakı ilə keçirilməyib. Başqa sözlə, öz əlləri, öz əməlləri olub.
Ən nəhayət Komitənin məktubunda fakt kimi sadaladığımız xüsusatların fakt olmadığı, bəzi şəxslərin əsassız iddiaları olduğu bildirilir. Öz növbəmizdə Komitənin məktubunu tərtib edən vəzifəli şəxslərinə bildiririk ki, bizim əsassız hesab etdiyiniz faktlarımız sözügedən gömrük postunda hər keçid günü baş verir. Birgə monitorinq aparmağa hazırıq.(mediatv.az)