Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Daha bir ölkədə hicab QADAĞAN EDİLDİ, ərəb əlifbası yığışdırıldı -FOTO

 

Daha bir ölkədə hicab QADAĞAN EDİLDİ, ərəb əlifbası yığışdırıldı

Suriyanın şimalını işğal altında saxlayan PKK/YPG terror təşkilatı şok dəyişikliklər edib.

 Yenixeber.org: Terrorçular məktəblərdə uniforma geyinilməsini məcburi edib, qadın müəllim və şagirdlərə hicabı qadağan edib.

Bundan başqa, ərəb əlifbası latın əlifbasına dəyişdirilib. Rəsmi dil isə kürd dili qəbul edilib.

Təşkilatın yeni tətbiqləri sərt reaksiyalara səbəb olub. Bəzi yerlərdə valideynlər məktəblərə hücum edib.

PKK-nın hazırki siyasi irəliləyişləri isə ABŞ-ın YPG-ni PKK-dan ayrı bir təşkilat olaraq göstərmək cəhdləri istiqamətindədir. Təşkilat amerikalıların təlimatına əsasən, Münbiçdən sonra Təl-Əbyad da lider Abdullah Öcalanın posterləri və simvollarını məhv edir. Zülm görən xalqın ayağa qalxmasına səhnə olan bu bölgədə bəzi dini tayfalar Münbiçdə PKK-nın nəzarət məntəqələrinə hücum edərək 5 terrorçunu öldürüb.

Rakkada da gərginlik pik həddədir. PKK bölgə xalqını təzyiqi altına almaq üçün fövqəladə vəziyyət elan edib. Şəhərə giriş-çıxışa qadağa qoyulub və komendant saatı elan edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam