Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Əflatun Amaşov:"Biz nəyə görə mediamızı əlavə yükdən qurtarmayaq?"

“2019-cu ilin dövlət büdcəsində keçən ilə nisbətən artım var. Bu, təhsilə, səhiyyəyə və digər sahələrə ayrılmış vəsaitlərin miqdarında özünü göstərir. Müsbət haldır. Əminəm ki, ölkəmizin inkişafı imkan verəcək ki, əhəmiyyətli artım bütün sahələri əhatə etsin. Eyni zamanda onu da nəzərə alaq ki, büdcə layihəsinin özü də kifayət qədər təkmil hazırlanıb”.

 Yenixeber.org: Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Deputat sdaha sonra seçildiyi Saatlı rayonu ilə bağlı problemi qabardıb: “Mənim qaldıracağım məsələ kifayət qədər ciddidir. Son zamanlar kənd təsəsrrüfatının inkişafı ilə bağlı ciddi işlər görülür. Deputat seçildiyim Saatlı rayonunda da bunun şahidi oluruq. Keçən il 17 min hektar sahədə yalnız pambıq əkilmişdi. Bu da minlərlə insanın iş yeri ilə təmin olunması və rifahının yaxşılaşması deməkdir. Çox təəssüf ki, əkilən sahələrin bir hissəsinin suvarılması mümkün olmadığından bu, məhsuldarlığa mənfi təsir göstərdi. Habelə bəzi yerlərdə payız əkininin belə suvarılması mümkün olmadı.

Araz çayının suvarma potensialı çox zəifdir. Seçicilərlə görüşərkən onlar dəfələrlə su problemini qaldırıblar. Hörmətli baş nazirimiz cənab Novruz Məmmədov buradadır. Onun da diqqətinə bu məsələni çatdırmaq istəyirəm. Əgər biz ümumən Muğan bölgəsində kənd təsərrüfanının inkişafını, yüksək məhsuldarlığı istəyiriksə, mütləq əraziyə Kür çayından su kanalı çəkməliyik. Mütəxəssislərin hesablamalarına görə, həmin kanalın uzunluğu 16-17 kilometr ola bilər. Məncə, bu işin başa gəlməsi elə də böyük vəsait tələb etməz. Ancaq bu kanalın sayəsində çox böyük ərazi kənd təsərrüfatı üçün münbit zonaya çevrilər”.

Əflatun Amaşov daha sonra onlayn media ilə bağlı qaldırdığı məsələdən danışıb. O, eyni zamanda, çap məhsullarına və qəzet kağızına tətbiq edilən əlavə dəyər vergisinin ləğvini təklif edib:

“Baxın, büdcəmiz artır. Əvvəlki illərdəki durğunluq demək olar, tam aradan qalxıb. Bu durumda məsələnin mahiyyətinə daha dərindən diqqət yetirək. Bəli, müqayisəli yanaşsaq, mediamızın iqtisadi durumu problemsiz deyil. Konkret rəqəmlər var, bu barədə çox danışmaq istəmirəm. Biz nəyə görə mediamızı əlavə yükdən qurtarmayaq? Bir halda ki, ƏDV-nin tətbiqindən dövlət büdcəsinə elə də böyük vəsait daxil olmur. Təqribən yarım milyon manat.

Hazır çap məhsullarını da götürək. Bunların əsas qismi ölkəmizə kənardan gəlir. Nəyə görə onların qiyməti baha olmalıdır? Biz cəmiyyətn maariflənməsini, qabaqcıl elmi biliklərə yiyələnməsini istəməliyik. Axı müasir dünyada bu yolun alternativi yoxdur”.

Deputat çıxşında təhsilə ayrılan vəsaitə toxunub: “İstərdim ki, təhsilə ayrılan maliyyə eyni zamanda Azərbaycan dilli məktəblərdəki tədris vəsaitlərinin, dərsliklərin daha müasir, daha təkmil olması məqsədilə xərclənsin. Son zamanlar müzakirələrə səbəb olan məlum məsələ bunu tələb edir. Azərbaycan dilli məktəblərimiz güclü olmalıdır ki, övladlarını digər məktəblərə yönəldən valideynlərin əllərində bəhanə qalmasın.

Unutmayaq ki, milli şüurumuz, müstəqil Vətənimizə yetkin vətəndaş sevgimiz, problemlərimizin, həm də Dağlıq Qarabağ problemimizin həlli məhz bizim ana dilimizə münasibətimizlə həmahəngdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam