Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Vaxtilə Bakını pis günə qoymuş məmurlar hədəfdə

 

Prezidentin tənqidləri BŞİH-in keçmiş rəhbəri Hacıbala Abutalıbovun vəziyyətini pisləşdirib; onunla birlikdə pozuntulara yol vermiş şəxslər də cavab verməli olacaqlar...

Yenixeber.org: Dövlət başçısı İlham Əliyev oktyabrın 10-da ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin toplantısında bir çox vacib məsələlərə toxunub. Onlardan biri də, Bakıda qanunsuz-nizamsız tikilən binalarla bağlı olub. Prezident bu sahədəki vəziyyətlə bağlı ciddi  xəbərdarlıqlar edib. Bu qanunsuzluqlara yol vermiş dövlət qurumlarının fəaliyyətini sərt formada tənqid edib və belə hallar davam edəcəyi təqdirdə aidiyyatı şəxslərin məsuliyyətə cəlb ediləcəyini dilə gətirib. Sitat: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur.

Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.

BÅÄ°H ile ilgili görsel sonucu

Prezident həmçinin bildirib ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik: “Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm. Vətəndaşlara da müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır”.

hacıbala ile ilgili görsel sonucu

Qeyd edək ki, ölkə başçısının vurğuladığı nöqsanlar əsasən Hacıbala Abutalıbovun vaxtında baş verib. Əgər Bakıda tikilən qanunsuz tikililərlə bağlı hər hansı cinayət işi başladılsa, o zaman ilk məsuliyyət daşıyanlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbov ola bilər. Bəs görəsən, prezident İlham Əliyevin bu çıxışından sonra Hacıbala Abutalıbovu nə gözləyir?

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran hüquqşünas Əkrəm Həsənov da Hacıbala Abutalıovun bu qanunsuzluğa cavabdeh  şəxslərdən biri olduğunu bildirib: “Əlbəttə, dövlət başçısının çıxışından elə bu nəticə çıxır ki, qanunsuz əməllərə yol verənlər arasında əsas rol məhz Bakı Şəhər İcra Hakimiyyətinindir və ən azı formal olaraq, BŞİH-in sabiq rəhbəri Hacıbala Abutalıbovundur. Təbii ki, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, korrupsiya, rüşvətxorluq və sairlə bağlı faktlar üzə çıxsa, Bakı Şəhər İcra Hakimiyyətinin və digər orqanların rəhbərləri və günahkar işçiləri buna görə cavab verməlidirlər”.

ÆkrÉm HÉsÉnov ile ilgili görsel sonucu

Əkrəm Həsənov bir məqamı da diqqətə çatdırdı ki, Hacıbala Abutalıbovun real səlahiyyəti bir çox hallarda formal olaraq qol çəkməkdən ibarət olub: “Onu da nəzərə almaq lazımdır ki, ictimaiyyətə də bəlli olduğu kimi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbəri bir çox məsələlər üzrə müstəqil qərar qəbul etmirdi. İcra hakimiyyətində bu cür məsələlər üzrə ondan da nüfuzlu, rəhbər vəzifəli şəxslər otururdu. Faktiki olaraq, bir sıra hallarda Hacıbala Abutalıbovun rolu formal olub, yəni qol çəkməkdən ibarət  olub. Mən bu barədə ictimaiyyət arasında mövcud olan fikrə əsaslanıram. Bu təsdiqini tapsa, onun məsuliyyəti bir qədər az ola bilər, bu işləri görənlər daha çox məsuliyyət daşıya bilər. Mən bunları deməklə onun məsuliyyətini azaltmaq istəmirəm. Formal da olsa, imza atmaq, qanunsuzluğa qol qoymaq özü də qanun pozuntusudur”.

Hüquqşünasın fikrincə, dövlət başçısının çıxışından sonra cinayət işi açılarsa, H.Abutalıbovla yanaşı vaxtilə pozuntulara yol vermiş və hələ də orada qalıb çalışan şəxslər də cavab verməli olacaqlar: “Sadəcə olaraq, məhkəmələrimizdə hüquqi şəxslər və şirkətlərlə bağlı belə bir praktika var ki, əgər həmin qurumda direktorun və ya rəhbərin rolu formaldırsa, yalnız imzalamaqdan ibarətdirsə, onun məsuliyyəti ya heç yoxdur, ya da azdır. Ancaq söhbət dövlət qurumunun rəhbərliyindən gedirsə, heç bir məsuliyyətin olmamasından söhbət gedə bilməz. Əgər belə bir cinayət işləri açılsa, böyük ehtimalla Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbərliyi də, vaxtilə pozuntulara yol vermiş və hələ də orada qalıb çalışan şəxslər də cavab verməlidirlər”.(müavat)

Nərgiz LİFTİYEVA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam