Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

18 günlük uşağı məhkəmədə qoyub getdi

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəməkdə təqsirləndirilən "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi keçirilib

 

Yenixeber.org: Hakim Eldar İsmayılovun icraatında olan prosesdə zərərçəkmiş Bayram İsmayılovun oğlu Xəyyam İsmayılov ifadə verib.  O deyib ki, mərhum atası jurnalistlərin binasından ev almaq üçün Gündüz Hüdeynova 14500 manat verib:  "Mən də əlavə olaraq notarius vasitəsilə 18500 manat verdim".

X.İsmayılov deyib ki, zərərçəkən Xalidə İsmayılovadan alınan 42 min manatdan ona heç bir pul çatmayıb. 

Məhkəmədə bildirilib ki, müğənni olan X.İsmayılova da "Zaman Press"dən jurnalist vəsiqəsi alıb.

O deyib ki,  həvəsli olduğu üçün həftədə bir dəfə gedib yazılarda hərf səhvlərini düzəldib". 

Bundan sonra iclasda qarışıqlıq yaranıb. Belə ki, X.İsmayılovun arvadı Yeganə İsmayılova məhkəmə zalına daxil olaraq məktubunun qəbul edilməyəcəyi təqdirdə 18 günlük uşağını orada qoyaraq gedəcəyini bildirib. Hakim bunun məhkəməyə təzyiq və müdaxilə olduğunu bildirib.  Y. İsmayılova isə körpəni oturacağın üstünə qoyaraq zalı tərk edib. 

Məhkəmə nəzarətçilərinin tələbi ilə Y.İsmayılova geri qayıdaraq uşağı götürüb və ağlayaraq məhkəmədən çıxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam