Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası barədə Qərarda dəyişiklik edilib

 

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli 80 nömrəli Qərarında dəyişiklik edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərarla sözügedən qaydaya aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilib:

"Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər".

Həmin Əsasnamənin 3.5-ci bəndində göstərilir ki, yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları (qurumları) ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam