Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda saxta sənədlərlə ev satan "dəllal" məhkəmədə ifadə verib

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda müxtəlif şirkətlərin adından saxta sənədlər düzəldərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Zaur Əbilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

 

Yenixeber.org: Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, Z.Əbilov bir neçə tanışı ilə əlbir olaraq ayrı-ayrı şəxslərə qarşı dələduzluq edib.

O, müxtəlif MTK-ların adından saxta sənədlər hazırlayaraq vətəndaşların etibarından sui-istifadə edərək onlara ev satacağını deyib, külli miqdarda pulunu ələ keçirib.

Belə ki, Z.Əbilov Yeganə Manaflıya Bakıxanov qəsəbəsində tikilən binadan ev satacağını vəd edib. O, saxtalaşdırılmış sənədlərdən istifadə edərək qadının etibarından sui-istifafə edib 28 min 500 manat pul alıb.

Digər zərərçəkmiş Tural Hüseynovun isə 33 min 843 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Z.Əbilov T.Hüseynova "Akkord" şirkətinin tikdiyi binadan ev satacağını söyləyib, lakin sonradan verdiyi vədə əməl etməyib.

Z.Əbilov Elşad Muradovun isə etibarından sui-istifadə edərək Binəqədi rayonundakı fərdi yaşayış evini ona satacağını vəd edərək aldadaraq ondan 10 min manat pul alıb.

Bundan başqa, o, Elgün Ələkbərova ev almaq adı ilə 95 min manatlıq dələduzluq edib. Z.Əbilov OBA MTK-ya məxsus binadan ona ev satacağını vəd edib və şirkətin adından saxta sənədlər hazırlayıb.

Z.Əbilov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) və 178.2.2-ci (dələduzluq; təkrarən törədildikdə) maddələri ilə ittiham edilir.

Elan olunmuş ittiham üzrə Z.Əbilov özünü qismən təqsirli bilib. O ifadəsində deyib ki, etdiyi əməllərdə yanlışlıq var və buna görə peşmandır.

Z.Əbilovun sözlərinə görə, sadəcə, zərərçəkmiş E.Ələkbərovun epizodu üzrə özünü təqsirli bilməyib. Söyləyib ki, bu işdə adı keçən digər şəxslər E.Ələkbərovu aldadıb.

Zərərçəkmiş E.Ələkbərov isə ifadə verən zaman pulu şəxsən Z.Əbilova verdiyini deyib. O, dəymiş zərərin ödənilmədiyini qeyd edib.

Digər zərərçəkmiş T.Hüseynov dindirilən zaman ona dəymiş 33 min 843 manatlıq ziyanın bir hissəsinin ödənildiyini bildirib.

Xatırladaq ki, Z.Əbilov təqsirləndirilən şəxs qismində əvvəlki məhkəmə iclaslarına dəfələrlə gəlmədiyi üçün onun barəsində axtarış qərarı qəbul edilib

Daha sonra Z.Əbilovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib.

Təqsirləndirilən şəxs məhkəmədən və bəzi zərərçəkmişlərdən qaçmasını belə izah edib: "Başqa şəxslərə də borcum var idi. Onları ödəmək, nəsə etmək üçün qaçırdım".

Z.Əbilov daha əvvəl Bakıda "ev dəllalı" kimi fəaliyyət göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam